Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:40

Rusiyanın ən varlı adamları…


Oleq Deripaskanın varidatı 21.2 milyard dollar qiymətləndirilir
Oleq Deripaskanın varidatı 21.2 milyard dollar qiymətləndirilir

«Bazovı Element» Holdinqinin sahibi Oleq Deripaska Rusiya milyarderlərinin reytinqində liderliyi ələ keçirib. Ötən üç il ərzində bu siyahıya Çukotkanın qubernatoru Roman Abramoviç başçılıq edirdi.



Bu haqda bazar ertəsi növbəti reytinqi dərc etdirən Rusiyanın «Finans» jurnalında deyilir. 2007-ci ilin reytinqində kifayət qədər ciddi dəyişikliklər var.



Reytinq iştirakçılarının hamısının kapitalının ümumi miqdarı 425.1 milyard dolar təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə çoxdur.



Dollar milyarderlərinin ilk onluğunun hamısında ciddi dəyişiklik müşahidə olunur. «Deripaskanın birinci yerdə olması gözlənilməz görünür, amma «Bazovı Element» Holdinqinin aktivləri və inkişaf strategiyasına nəzər salan kimi dərhal aydın olur ki, onun liderlik mövqeyi şəksizdir», - deyə jurnal bildirir. Dərginin məlumatına əsasən, Roman Abramoviç (yeri gəlmişkən, o, uzun müddət «Russki Alyuminiy» üzrə Deripaskanın tərəfdaşı olub) 21 milyard dollarlıq var-dövlətlə reytinqdə ikinci yerə enib.


İLK ONLUQ




Oleq Deripaska


«Bazovı Element» adlı biznes imperiyasının sahibi


21.2 milyard dollar


Roman Abramoviç


Çukotkanın qubernatoru, «Chelsea» futbol klubunun sahibi


21 milyard


Mixail Proxorov


«Norilski Nikel», Rosbank, «Polyus Zoloto», «Otkrıtıye İnvestitsii», «Prof-Media»nın ortağı


14.2 milyard


Vladimir Potanin


Mixail Proxorovun tərəfdaşı, yanvarın sonlarında onlar biznesi bölüşdürmək barədə qərar qəbul ediblər


14.2 milyard


Vladimir Lisin


Novolipetsk Metallurq Kombinatının Direktorlar Şurasının sədri və ən iri səhmdarı


13.9 milyard


Mixail Fridman


«Alfa Qrup»un əsas səhmdarı, İctimai Palatanın üzvü


13.850 milyard


Vahid Ələkbərov


«Lukoil»un prezidenti və səhmdarı, həmçinin «Uralsib» maliyyə korporasiyası və «Kapital» maliyyə qrupunun vərəsə paketinə sahibdir


12.3 milyard


Süleyman Kərimov


«Qazprom», Əmanət Bankı, «Polimetal»ın səhmlər paketinə sahib olan «Nafta-Moskva» şirkətinin prezidenti


12.1 milyard


Aleksey Mordaşov


«Severstal»ın ən böyük səhmdarı, «Severstaltrans»ın səhmlər paketinə sahibdir


11.250 milyard


Viktor Vekselberq


«Renova» qrupunun əsas səhmdarı


11.2 milyard




Rusiyada dollar milyarderlərinin sayı bir il ərzində 50-dən 61-ə qalxıb. Artımı əsasən, istehlak sektorunda (pərakəndə satış, maliyyə) çalışan sahibkarlar təmin ediblər.



Biznesi sıfırdan quran «self-made» sahibkarların («self-made» - «öz özünü yaradan» deməkdir) sayı 3-dən 10 nəfər yüksəlib:



20 ƏN VARLI «SELF-MADE» SAHİBKAR:




Adı


Sahə


Varidatının dəyəri


Rüstəm Tariko


Maliyyə


4.3 milyard


Aleksey Anayev


Maliyyə, media, informasiya texnologiyaları, daşınmaz əmlak


3.6 milyard


Dmitri Ananyev


Maliyyə, media, informasiya texnologiyaları, daşınmaz əmlak


3.6 milyard


Andrey Roqaçev


Pərakəndə satış


1.76 milyard


Serqey Qalitski


Pərakəndə satış


1.520 milyard


Aleksandr Qirda


Pərakəndə satış


1.48 milyard


Danil Xaçaturov


Maliyyə


1.3 milyard


İqor Yakovlev


Pərakəndə satış


1.2 milyard


Vadim Moşkoviç


Kənd təsərrüfatı, daşınmaz əmlak


1.2 milyard


İqor Kesayev


Nümayəndəlik fəaliyyəti, neft və qaz


1.050 milyard


Ruben Vardanyan


Maliyyə


960 milyon


Aleksandr Zanadvorov


Pərakəndə satış


900 milyon


Qriqori Berezkin


Energetika


900 milyon


Vladimir Qruzdev


Pərakəndə satış


800 milyon


Serqey Kirilenko


Maliyyə, daşınmaz əmlak


800 milyon


Qavriil Yuşvayev


Qida sənayesi, daşınmaz əmlak


700 milyon


Qeorqi Trefilov


Pərakəndə satış, daşınmaz əmlak


680 milyon


Aleksandr Svetakov


Maliyyə, daşınmaz əmlak


650 milyon


Serqey Polonski


Daşınmaz əmlak


650 milyon


Aleksandr Senatorov


Daşınmaz əmlak


630 milyon


XS
SM
MD
LG