Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:46

Üzeyir bəy Hacıbəyli. Qorxuya düşdülər


Keçәn il şәhәrimizin ermәnilәri, rusları, gürcülәri, yәhudilәri vә sairәlәri çox böyük qorxuya düşmüşdülәr. Ondan ötrü ki, realni mәktәbin yanında müsәlman balaları üçün bir balaca әlifba klası açmaq ehtimalı vardı. Ermәnilәr, gürcülәr, ruslar vә sairәlәr deyirdilәr:

-- Әgәr iş belә olsa, onda bizim balalarımız üçün realni şkolada yer qalmaz vә bir neçә ildәn sonra bütün realni şkolu ancaq müsәlman balaları ilә dolar.

Әlbәttә, bu barәdә ermәnilәr, gürcülәr, yәhudilәr, ruslar vә sairlәri töhmәtlәndirmәk olmaz. Çünki kişilәr öz balalarının qeydinә qalırlar vә qorxurlar ki, birdәn realni mәktәbdә yer qalmaz vә balaları çöldә qalar. Mәnim yadımdadır ki, bu barәdә çox böyük söhbәt oldu vә axırda qonşularımız bu işә razı oldular.

Mәn o vaxtı çox tәәccüb elәdim ki, görәsәn, bunlar neyçün bu işә razı olub, realni şkolun әvәvlcә taybatay olan: qapısının bir yarısını müsәlman balalarına vermәklә, öz balalarının üzünә örtdülәr.... Amma bu gün işlәr hamısı mәnә bәyan oldu. Görünür ki, qonşularımız bizim xasiyyәtimizi bizim özümüzdәn yaxşı bilirlәrmiş.

Elә ki, keçәn sәnә haman әlifba klası açıldı vә bizә ixtiyar verildi ki, oraya 30 nәfәr uşaq dolduraq. Haman il uşaqlar doldu vә imtahandan sonra o uşaqların 20 nәfәri haman klasdan atlıyıb, realinin mladşi klasına keçdilәr. Halbuki, әvvәllәrdә haman klasa ya bir vә ya ikicә nәfәr müsәlman balası girә bilәrdi. Vә habelә әlifba klasının müsәlman üçün bir nemәti -- üzma olduğu aşkar oldu.

Bәli, mәn o vaxt çox-çox tәәccüb elәdim ki, nә yaxşı qonşularımız bu işә razı oldular, amma görünür ki, qonşularımız bizi bizdәn yaxşı tanıyırlarmış. Doğrudan da elәdir, bu il uşaq tapılmır ki, haman klas dolsun, yәni 70 min müsәlmanların içindә 30 nәfәr uşaq tapa bilmirlәr ki, haman klası doldursunlar, bu nemәti-üzmanı әldәn buraxmasınlar.

Kimi deyir ki, vallah, uşağımı oxumağa qoymağa özüm razıyam, amma uşağın babası razı olmur. Mәn dә onun sözündәn keçә bilmirәm.

Bәzi deyir: "Qorxuram mәni söyәrlәr, bir söz deyәrlәr".

Bir parası deyir: "Mәn uşağın başını kәsәrәm, onun başına furacka qoymaram. Ta habelә. Söyüş, baba sözü, furacka, dar şalvar vә bu kimi şeylәr ucundandır ki, uşaqlarımızı kor vә zәlil elәyib küçәlәrә salırıq. Vә bu sәbәbdәndir ki, ticarәtimiz gedә-gedә tәnәzzül edir, özgәlәr әlinә keçir. Cәhalәtimiz artır vә hәmişә başıqapazlı oluruq.
XS
SM
MD
LG