Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:40

Üzeyir bəy Hacıbəyli. İki səs


Budur neçә vaxtdır ki, qulağıma iki cür sәs gәlmәkdәdir.

Biri: İşlәrimiz xarabdır, bu gün-sabah qış gәlir, әlimiz hәr yerdәn üzülәcәkdir. İndidәn bir tәdbir görmәk lazımdır....

O b i r i: Әcәb işlәrimiz düz gәtirmәkdәdir, ha! Bu gün-sabah Mariya Qriqoryevna da gәlir. Kefim hәr bir tәrәfdәn düzәlәcәkdir. İndi dә heç bir qayğı çәkmәyә ehtiyacım yoxdur....

B i r i: Su da kәsilibdir. Alış-veriş yox. Dükançılar hamısı әli qoynunda qalıblar, taxılı dolu döyüb, qalanını çәyirtgә yeyib, qış üçün bir buğda da qalmayıbdır.... Nә tövr olacaq?

O b i r i: Filan düşmәnim öldürülüb, arada söz, hakayә dә yox, mәnimlә çәkişәn adamların hamısı burunlarını sallayıblar. Qabağımda bir adam da qalmayıbdır....

Necәdir mәgәr?

B i r i: Görünür ki, bizim axırımız yetibdir, vallah! heç bir işimiz düz gәtirmir. (.... İdareyi-ruhaniyyәmizi düzәltmәk üçün mәclis qurduq, birisi mәclisi qovub dağıtdı ki, әşi, nә mәclisbazlıqdır, qoyun görәk xalq nә qayırır, biz dә bir qәdәr tamaşa edәk. Dövlәt dumasına vәkil göndәrdik ki, danışsınlar, gedib orada yıxılıb yatdılar. Görәsәn kim qarğıyıbdır?

O b i r i: görünür ki, indi dövran mәnimkidir, sәn öl! İşçilәrimin hamısı mәnә tәrәfdir. Filan ilә filan dostun arasını vurdum, dönüb bir-birinә düşmәn oldular. Mariya Qriqoryevnanı özümә mayil etmәk üçün qonaqlıq qurub, mәclis açdım, hamı valeh olub, dedilәr ki, ta biz pәs. Hәr nә bilirsәn elә, biz dә sәnә tamaşaçı olaq. Tәk bir filan qalmışdı ki, onu da güllәlәyib, başımdan elәdim.... Bәs mәnim baxtım oyanıbdır!

Biri: Ey, gәlәcәyi yada salmayanlar, axırki pәşimançılıq fayda vermәz ha!... Qabağınız uçurumdur. İndidәn özünüzә bir özgә yol axtarın. Yoxsa bir az keçmәz ki, mәhv vә nabud olarsınız. Dünyada adınız da qalmaz. Neçә ildir ki, xabi-qәflәtdә yatıb, dünyadan bixәbәrdiniz. Gәlәcәk qayğısını çәkmirdiniz, barı, heç olmazsa, bu әlinizdә olan 6 gündәn nәfbәrdar olun ki, axırınız bir şeyә çıxsın!...

Doğru deyib Sәdi ki:

Ey ki, pәncah rәftә dәr xabi

Mәgәr in pәnc ruzә dәryabi?!

O b i r i: Ey dünya qayğısında olanlar! Vallah, axırda peşiman olacaqsınız ki, әbәs yerә bu nә qayğı idi ki, çәkirdim!... Qabağınız ölümdür, indidәn kefinizi çәkin, lәzzәt aparın, yoxsa bir az keçmәz ki, ölüm yetişәr, dünyadan kamsız gedәrsiz. Neçә ildir ki, baş-diş ağrısı ilә әllәşib vuruşubsunuz, barı heç olmasa bu beş günü bir lәzzәtlә yeyib, içib kef çәkin ki, ürәyinizdә arzu qalmasın!.... Doğru deyib Sәdi ki:

Ey ki, pәncah rәftә dәr xabi!

Mәgәr in pәnc ruzә dәryabi?

Vallah, nә yabi?!
XS
SM
MD
LG