Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:45

Üzeyir bəy Hacıbəyli. Getməyin məsləhətdir


-- Әşi, allaha and olsun, yol açılan kimi çıxıb gedib ya Rusiyyetdә, ya zaqranitsada qalıb, bir kәrә dә üzümü Bakıya çevirmәyәcәyәm!

-- Balam, nә olubdur?

-- Nә olacaq! Studentlik vaxtımızda bir o qәdәr yaxşılıq elәmişәm, pulu

olmayanda pul vermişәm, neçә kәrә teatrlara aparmışam, evimdә yer verib saxlamışam, indi özü ministr olubdur, mәnә deyir ki, sәni qubernat tәyin elәyim! Yәni, aşağı-aşağı, qatqalaşdan da aşağı?! Neujeli, mәn o qәdәr әskik oldum ki, ancaq qubernatorluğa layiqәm?!

-- Әfәndi, Nikolay vaxtında min cürә yaltaqlıq, rüşvәt peşkәşdәn sonra birimizә pristavlıq verilәndә elә bilirdik ki, bütün dünya bizә verildi, indi nә oldu, ki, qubernatorluq әskik iş oldu?

-- Xeyir, mәn demirәm ki, qubernatorluq әskik şeydir. Siz, görünür ki, mәni başa düşmәdiniz! Mәn onu deyirәm ki, indi ki, mәn sәnә studentlik vaxtında bir o qәdәr yaxşılıq elәmişәm, neçә kәrә pul da vermişәm vә sәn mәnim yoldaşım idin, bu gün sәn ki, pristav olmusan, mәni dә heç olmasa, pamoşnik pristava elә! Qubernat olmusan, pomoşnik qubernat elә! Ministr olmusan, heç olmasa, tovariş ministra elә! Daha elә olmasın ki, sәn olasan ministr, mәn nә? Qubernat! Mәn bunu demәk istәyirәm.

-- Hә, siz bunu demәk istәyirmişsiniz? Elә isә, bu başqa mәsәlәdir! İnşallah,

yol açılanda çıxıb getmәyiniz mәslәhәtdir.
XS
SM
MD
LG