Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:17

Kursk vilayətindən icbari təxliyə başlanıb


Kursk vilayətindən təxliyə
Kursk vilayətindən təxliyə

Rusiyanın Kursk vilayətinin Ukrayna ilə həmsərhəd Rılsk və Xomutovsk rayonlarında sakinlərin icbari evakuasiyasına başlanıb.

Bu barədə sentyabrın 16-da regionun qubernatoru Aleksey Smirnov məlumat verib.

Onun sözlərinə görə təxliyə sərhədin 15 kilometrliyində yerləşən yaşayış məntəqələrinin sakinlərinə şamil olunur.

O bunu da bildirib ki, təxliyə barədə qərar “adamların təhlükəsizliyinin təmin edilməsi məqsədilə operativ məlumat əsasında” qəbul edilib.

Ukrayna ordusunun Xomutovsk və Rılsk rayonları ərazisinə müdaxiləyə hazırlaşdığına dair son vaxtlarda heç bir məlumat olmayıb.

Ziddiyyətli xəbərlər

Buna baxmayaraq Kursk vilayətinin Qluşkovsk, Sucansk və Korenevsk rayonlarının ərazisində fəal döyüş əməliyyatları gedir. Burada avqustun əvvəllərindən bir sıra ərazilərə Ukrayna ordusu nəzarət edir. Son günlərdə hər iki tərəf hücuma keçdiyini bildirir.

Rusiya Müdafiə Nazirliyi son əks-hücum əməliyyatı ilə 10 yaşayış məntəqəsini Ukrayna hərbçilərindən geri ala bildiyini iddia edir.

Lakin Ukrayna resursları, o cümlədən bir sıra Rusiya hərbi blogerləri Ukrayna ordusunun Qluşkovsk rayonunda sərhədini yardığını və Vesyoloye kəndi yaxınlığında ağır döyüşlərin getdiyini yazırlar.

Bu da iddia olunur ki, bu əməliyyat uğurlu olarsa, Ukrayna ordusu Rusiya hərbi qruplaşmasının arxasına keçə bilər.

Rayon mərkəzini çıxmaq şərtilə Rılsk əhalisi 14 min nəfərdir. Xomutovsk rayonunda 8 min nəfər yaşayır. Bu da qeyd olunur ki, bu rayonlardan heç də bütün əhali təxliyə edilməyəcək.

Bundan əvvəl Kursk rayonunun rayonlarından 130 minədək əhali təxliyə olunub.

Ukrayna ordusunun nəzarətinə olan ərazidə nə qədər sakinin qaldığı məlum deyil.

XS
SM
MD
LG