Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:57

'Dosye' Putin və Kabayevanın oğlanlarından yazır


Prezident Vladimir Putin Kremldə Rusiya Olimpiya komandası ilə görüşdə Rusiya gimnastı Alina Kabayevanın yanında gülümsəyir. 2004-cü il
Prezident Vladimir Putin Kremldə Rusiya Olimpiya komandası ilə görüşdə Rusiya gimnastı Alina Kabayevanın yanında gülümsəyir. 2004-cü il

Rusiya prezidentinin İvan və Vladimir adında iki azyaşlı oğlu var. Onların anası keçmiş gimnast Alina Kabayevadır. Bu barədə "Dosye" araşdırma mərkəzi yazır.

Putinin böyük oğlu İvanın 2015, Vladimirin isə 2019-cu ildə doğulduğu bildirilir. Onların fotolarına açıq çıxışın olmasına baxmayaraq, jurnalistlər etik məsələyə görə onları göstərmir.

Mənbə kimdir

Araşdırmada deyilir ki, uşaqların kimliyi gizlədilir, Putinə bağlı özəl təyyarə və yaxtalarda, Federal Mühafizə Xidmətinin (FSO) qoruması altındadır, ictimai yerlərdə görünmür və prezident iqamətgahlarında yaşayırlar.

"Dosye" mənbəsinin Putinin rezidensiyasında işləyən bir şəxsin olduğunu qeyd edir. Onun Putinin övladlarını tez-tez gördüyü, anonimlik şərti ilə bu barədə danışmağa razılaşdığı bildirilir.

Korrupsiyaya qarşı Fondun tədqiqatçısı Georgi Alburov məlumatı "Dosye"yə təsdiqləyib, yazıb ki, o da oxşar tədqiqat üzərində işləyib, amma onu dərc edə bilməyib.

Putin və Kabayevanın övladlarının olması barədə jurnalistlər daha öncə də yazıblar. İsveçrənin "Sonntags Zeitung" qəzeti Putinin 2015 və 2019-cu illərdə iki oğlunun doğulduğunu, birinin İsveçrədə dünyaya gəldiyini yazıb. Amma uşaqların adları birinci dəfədir çəkilir.

Prezident Vladimir Putin Kremldə illik mükafatlandırma mərasimində bədii gimnastika ulduzu və Olimpiya mükafatçısı Alina Kabayevanı "Dostluq" ordeni ilə təltif edir. 2001-ci il
Prezident Vladimir Putin Kremldə illik mükafatlandırma mərasimində bədii gimnastika ulduzu və Olimpiya mükafatçısı Alina Kabayevanı "Dostluq" ordeni ilə təltif edir. 2001-ci il

Müəllimləri

"Dosye" qeyd edir ki, İvan və Vladimir Putinin rezidensiyalarında yaşayırlar, Valdayda onlar üçün təhsil mərkəzi açılıb. Onların müəllimlərinin "English Nanny" agentliyinin saytı vasitəsilə tapıldığı bildirilir. Amma Ukraynanın işğalından sonra işəgötürənlər Rusiya hakimiyyətinin "dost ölkə" saydığı Cənubi Afrika Respublikasından ingilis dili müəllimlərinə üstünlük veriblər. Pedaqoqların rezidensiyanın ərazisindən çıxması qadağandır.

Pedaqoji personal təlimatı ailənin köməkçilərindən alır. Kabayevanın yaxın qohumu Oksana Fedina mürəbbiyə və dayələrlə ünsiyyətdə olur, özünü oğlanların anası kimi təqdim edir.

Putinin oğlanları bayramlarda öz həmyaşıdları ilə ünsiyyətdə olurlar ki, bu uşaqlar da adətən Alina Kabayevanın yaxın ətrafını təmsil edir.

Onların müəllimlərinin maaşı ММЦ şəbəkəsinin klinikası vasitəsilə aldığı deyilir. AzadlıqRadiosunun rus xidməti Sankt-Peterburqda yerləşən bu klinika barədə dəfələrlə yazıb, orada "Vaqner" özəl hərbi şirkətinin döyüşçülərinin müalicə olunduğu bildirilir. Elə Putinin dost və yaxınlarının çoxu da orada müayinədən keçir.

Kabayevaya sanksiyalar qoyulmuşdu

Kreml, hələlik, araşdırmanı şərh etməyib. Putin oğlanları barədə heç vaxt açıq danışmayıb. Amma ailəsində olan uşaqlarla ünsiyyətdə olduğunu bir neçə dəfə deyib. Bu yaxınlarda demişdi ki, ailəsinin kiçik üzvləri Çin dili öyrənirlər.

2013-cü ildə birinci arvadından boşanan Putin A.Kabayeva ilə yaşadığını heç vaxt açıq etiraf etməyib.

Böyük Britaniya 2022-ci ildə "Milli media qrup"un rəhbəri Kabayevaya və onun nənəsinə qarşı sanksiyalar tətbiq edib.

Putinin birinci nikahından iki qızı var. Jurnalistlər onların Mariya Vorontsova və Katerina Tixonova olduğunu üzə çıxarıblar. Amma Putin özü bunu nə təkzib, nə inkar edib.

XS
SM
MD
LG