Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:39

Nazirlik dövlət hesabına xaricdə təhsil alanlardan pulu istəyir, məhkəmə rədd edir


Misir Mərdanov:"Nazir olduğum dövrdə kənardan müdaxilələr olurdu, amma"
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Misir Mərdanov:"Nazir olduğum dövrdə kənardan müdaxilələr olurdu, amma"

Elm və Təhsil Nazirliyi dövlət hesabına xaricdə təhsil alan tələbələrdən bir neçəsini məhkəməyə verib. Nazirlik onlardan təhsillərindən ötrü ödənilmiş vəsaiti geri qaytarmağı tələb edir. AzadlıqRadiosunun bilgisinə görə, bu tələblə müxtəlif məhkəmələrdə iddialar qaldırılıb.

Belə tələbələrdən biri də indi Türkiyədə həkim kimi çalışan Aytən Əyyarlıdır. O, İstanbulda "Gaziosmanpaşa Hastanesi"ndə uşaq həkimi işləyir.

Nazirlik onun 2012-2016-cı illərdə Türkiyədə rezidentura təhsilindən ötrü ödənilmiş 39 min manata yaxın vəsaitin qaytarılmasını tələb edir. Arqumenti də budur ki, o, müqavilənin şərtlərini pozub. Müqavilədə göstərilib ki, A.Əyyarlı Türkiyənin Ege Universitetində "Çocuk sağlığı və hastalıkları" fakültəsində dörd il təhsil alacaq. O bu universitetdə oxumağa başlasa da, təhsilini orada başa vurmayıb və 2020-ci ildə nazirin əmri ilə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramından xaric edilib.

"Müqavilənin 5.2-ci bəndində göstərilib ki, təhsil alan üzrsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarılanda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə iki aydan gec olmayaraq qaytarmalıdır", - nazirlik iddia tələbini belə əsaslandırır.

Xaricdə oxumuş həkimlər 5 min manata Azərbaycana dəvət edilir
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

"Mən öhdəliyi yerinə yetirərək təhsilimi başa vurmuşam"

A.Əyyarlı bu tələbi haqsız sayaraq deyir ki, müqaviləni yerinə yetirib - 2012-ci ildə Ege Universitetinə daxil olub, orada rezidentura təhsili alıb, təcrübə keçib. Dörd il sonra - 2016-cı ilin avqustunda oradan Haydarpaşa Universitetinə keçib və 2017-ci ildə tibdə uzmanlıq dərəcəsi alıb. O, məhkəmədə də vurğulayıb ki, Elm və Təhsil Nazirliyi ilə bağlanmış müqavilənin son hədəfi tələbənin tibbi uzmanlıq dərəcəsi almasıdır: "Mən öhdəliyi yerinə yetirərək təhsilimi başa vurmuşam, uzmanlıq dərəcəsi almışam. Nazirliyin mənim təhsilimə görə ödənilmiş vəsaiti geri tələb etmək hüququ yoxdur".

Onun Ege Universitetini yox, Haydarpaşa Universitetini bitirməsinə gəlincə, A.Əyyarlı deyir ki, bu, öhdəliyin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Axı dörd illik təhsilinin əsas hissəsini Ege Universitetində alıb, sonda bir neçə ay digər universitetə keçib: "Dövlətin vəsaitini alıb təhsillə əlaqədar olmayan yerlərə xərcləsəydim, o zaman bu tələbə hansısa əsas tapmaq olardı. Universitetin dəyişməsi müqavilədə birbaşa qadağan olunmayıb".

Həkim onu deyir ki, əgər Elm və Təhsil Nazirliyi 2016-cı ilin avqustunda Ege Universitetindən çıxmasını müqavilənin pozulması sayırdısa, elə o zaman da pulun geri qaytarılmasını tələb etməli idi. Ancaq nazirlik onu dörd il sonra - 2020-ci ildə proqramdan çıxarıb və daha dörd il ötəndən sonra da məhkəməyə verib.

Xaricdə dövlət hesabına təhsil alan tələbələrlə müqavilənin şərtlərindən biri də təhsili başa vurandan sonra ölkəyə qayıdıb, ən azı, beş il Azərbaycanda işləməsidir. A.Əyyarlının dövlət hesabına Türkiyədə rezidentura təhsili aldığı halda, ölkəyə qayıtmamasına gəlincə, Elm və Təhsil Nazirliyi məhkəməyə müraciətində bu məsələyə toxunmayıb.

Məhkəmə iddia müddətinin ötürüldüyünü əsas gətirib

Məhkəmə iddia müddətini ötürdüyünü əsas gətirərək nazirliyin A.Əyyarlıya qarşı iddiasını təmin etməyib.

AzadlıqRadiosunun bilgisinə görə, Elm və Təhsil Nazirliyi başqa bir məhkəmədə də üç il ərzində Macarıstanda iqtisadiyyat üzrə bakalavr təhsilinə ayrılmış 23 min manatdan çox vəsaiti geri istəyir. Bu məhkəmə işində də əsas budur ki, üzrsüz səbəbdən təhsil başa çatdırılmayıb. Ancaq burada da iddia qaldırmaqdan ötrü müddət ötürüldüyünə görə nazirliyin tələbi rədd edilib.

XS
SM
MD
LG