Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:52

'Freedom House' Rusiyanı təcavüzdə, Azərbaycanı etnik təmizləmədə ittiham edir


Dağlıq Qarabağdan olan qaçqınlar
Dağlıq Qarabağdan olan qaçqınlar

"Freedom House" insan haqları təşkilatının "2024-cü ildə keçid dövründə olan ölkələr: Regionun avtokratiyalara və demokratiyalara bölünməsi" (Nations in Transit 2024: A Region Reordered by Autocracy and Democracy) adlı hesabatını açıqlayıb.

Hesabata görə, bütövlükdə regionun 29 ölkəsindən 10-da demokratiya göstəricisi azalıb. Regionda bu göstəriciləri yalnız beş ölkə yaxşılaşdıra bilib.

Hesabatda deyilir ki, "Moskvanın Ukraynanı məhv etməyə yönəlmiş müharibəsi və Azərbaycan rejiminin Qarabağı silahla fəth etməsi və burada apardığı etnik təmizləmə" Mərkəzi Avropadan Mərkəzi Asiyayadək uzanan regionda geosiyasi dəyişiklikləri sürətləndirib. Bu da vurgulanır ki, təməl hüquq və azadlıqlara avtoritar hücumların artması region ölkələrini iki bloka ayırıb: 1) Liberal və demokratik qaydalara sadiq qalan ölkələr; 2) Bu prinsipləri rədd edən ölkələr.

Hesabatda Rusiyanın Ukraynaya təcavüzü və Qarabağda baş verənlər eyniləşdirilir və hər iki hadisə "avtoritar ekspansiyanın dağıdıcı nəticəsi" adlandırılır.

"Freedom House" təşkilatının prezidenti Maykl Abramovits bildirir ki, demokratiyalar öz maraq və dəyərlərini ardıcıl və təcili qoruya bilməsələr, regionda daha çox ərazi diktatorluq və repressiyanın pəncəsinə keçəcək.

Oturuşmuş avtokratiyalar

Hesabatda deyilir ki, "Oturuşmuş avtoritar rejimlər" kateqoriyasındakı səkkiz ölkədən dördündə - Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistanda demokratiya və insan haqlarının pisləşməsi qeydə alınıb.

Bu da vurğulanır ki, bu ölkələr insan haqlarını kobud şəkildə pozmaqla yanaşı, bir-birlərinə sanksiyalardan yan keçilməsində də dəstək verirlər.

Bu ilin hesabatında Ukrayna demokratiya reytinqini ən çox yaxşılaşdırmış ölkə sayılır, hökumətin ədliyyə sistemini, eləcə də antikorrupsiya mübarizəsini gücləndirdiyi vurğulanır.

Regionun ən yaxşı demokratiya göstəricisi olan ölkələr (minimum 1 bal, maksimum 7 bal verməklə) Estoniya (6.0), Latviya (5.79) və Sloveniyadır (5.79).

Builki hesabatda ən aşağı demokratiya dərəcəsini Türkmənistan (1.0), Tacikistan (1.04), Azərbaycan (1.07) və Rusiya (1.07) göstərib.

Ermənistan üçün bu göstərici 3.07 bal, Gürcüstan üçünsə 3.04 bal olub.

Azərbaycanın reinteqrasiya planı haqda Yerevanda nə düşünürlər?
Gözlə

No media source currently available

0:00 0:05:54 0:00

Ukrayna və Qarabağ müharibələri

Hesabatda deyilir ki, "Azərbaycan rejiminin Dağlıq Qarabağda qəddar hücumu" həm Qarabağın etnik erməni əhalisinin bölgədən kütləvi köçünə səbəb olub, həm də Ermənistanın özündə demokratikləşmə prosesinə mənfi təsir göstərib.

Hesabatda Qarabağ mövzusuna geniş yer ayrılıb. Sənəddə qeyd edilir ki, Azərbaycanın Qarabağ üzərinə son hücumunu heç də Kremlin Ukraynaya hücumu şərtləndirməyib, çünki prezident İlham Əliyev bundan çox əvvəl Qarabağın de-fakto müstəqilliyini ləğv etmək niyyətində olduğu barədə bəyanatlar verirdi.

Hesabatda deyilir ki, bununla belə, Rusiyanın Ukraynadakı savaşı Azərbaycanın Qarabağı tam nəzarətə götürməsinə yol açıb. Bu olay zamanı demokratik dünyanın başının Rusiyanın təcavüzünə qarışması da vurğulanır.

"Simvolik narahatlıq ifadəsi"

Hesabatda qeyd olunur ki, prezident Əliyev Qarabağdakı zəfərdən hakimiyyətini və legitimliyini möhkəmləndirmək üçün yararlanıb. O, seçkini bu məqsədlə bir il əvvələ çəkib.

Hesabatda deyilir ki, Əliyev rejimi ölkənin onsuz da zəif durumdakı müstəqil media və siyasi müxalifətinin ABŞ casus şəbəkəsinin bir hissəsi olmasını iddia edib və onların izlənməsini gücləndirib.

Hesabatda bu da vurğulanır ki, demokratik siyasətçilər Avropanın qaz təchizatının Rusiyadan asılılığını azaltmaq səylərindəki ziddiyyətin ya fərqində olmayıblar, ya da bunu önəmli saymayıblar. Qaz təchizatında Azərbaycan da daxil, başqa avtoritar ixracatçılara üz tutulması bunun göstəricisidir.

Hesabat müəlliflərinin fikrincə, elə bu üzdən, beynəlxalq birliyin Azərbaycana reaksiyası, əsasən, simvolik narahatlığı dilə gətirmək olub.

Azərbaycan hakimiyyəti, bir qayda olaraq, beynəlxalq təşkilatların, özəlliklə "Freedom House" təşkilatının hesabatlarını "böhtan və qərəz" adlandırır.

Qarabağ məsələsinə gəlincə, rəsmilər irad tuturlar ki, 30 il müddətində Azərbaycan ərazilərinin işğalına göz yuman təşkilatlar indi Qarabağdakı keçmiş separatçı rejimin müdafiəsinə qalxıblar.

XS
SM
MD
LG