Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:18

2024-cü ildə nələr ola bilər? AzadlıqRadiosu jurnalistlərinin gözləntiləri


Nikol Paşinyan. Vladimir Putin. İlham Əliyev
Nikol Paşinyan. Vladimir Putin. İlham Əliyev

AzadlıqRadiosu özünün ən duyarlı jurnalist və təhlilçilərindən 2024-cü illə bağlı proqnozlar verməyi xahiş edib. Verilən proqnozlardan bəziləri bunlardır:

  • Ukrayna savaşı Qərbin əvvəlki dünya düzəninə dönüşün mümkünsüzlüyünü anlayacağı vaxtadək sürəcək.
  • Martda İranda keçiriləcək parlament seçkilərindən sonra hökumətin legitimliyi yenə sorğulana bilər.
  • Rusiyanın Ukraynada üzləşdiyi uğursuzluqlar Lukaşenko rejimini Qərblə münasibətləri normallaşdırmaq üçün çalışmağa vadar edə bilər.
  • 2024-cü ildə Avropa Birliyində (AB) sağa doğru sürüşmə baş versə də, çoxlarının proqnozlaşdırdığı kimi, populistlərin qələbəsi bloku sarmayacaq.
  • Əfqanıstanda qadınların durumu daha da ağırlaşacaq.
  • Ermənistanla qonşuları arasında sülh Rusiyanın bölgədən çıxmasına şərait yarada bilər.
  • Macarıstanın Avropa İttifaqı Şurasındakı liderliyi Ukraynanın AB-yə qəbuluna dair danışıqları əngəlləyə bilər.
  • Qərbin səbri tükənərsə, Rusiyanın sanksiyalardan yayınmasına kömək edən "arxa qapı" rolunu oynadığından Qırğızıstan sanksiyalara məruz qala bilər.

Rusiya sülhməramlıları Qarabağdan nə vaxt çıxacaq?
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

"İlham Əliyev hələ də… bu münaqişəyə güvənə bilər"

AzadlıqRadiosunun müxbiri Coşua Kuçera öz analitik yazısında 2024-cü ildə Azərbaycanla Ermənistan arasındakı münaqişənin, nəhayət, rəsmən bitməsi perspektivlərini gözdən keçirib.

"Azərbaycan sentyabr ayında ildırım sürətli hücumla Qarabağ üzərində nəzarəti ələ keçirib. İndi hər iki tərəf qalan təməl məsələlərin çoxuna dair razılığa gəldiyini bildirir. Yarıyolda kəsilən diplomatik danışıqlar bərpa olunmuş kimi görünür.

Münaqişənin həlli regionu dəyişdirə bilər. Ermənistan və Azərbaycan sülhə nail olarsa, bunun ardınca Türkiyə-Ermənistan münasibətləri də bərpa olunacaq. Nəticədə üç ölkə arasında sərhədlər yenidən açılacaq, Ermənistanın uzun zamandan bəri davam edən coğrafi təcridinə son qoyulacaq, Güney Qafqaz Avropa ilə Asiya arasında Rusiyadan yan keçərək yük daşımalarını mümkünləşdirən yeni nəqliyyat layihələrindən tam yararlanmaq imkanı qazanacaq.

Coşua Kuçera
Coşua Kuçera

Ermənistanla qonşuları arasında sülh Rusiyanın bölgəni tərk etməsinə də şərait yarada bilər. Rusiya ilə Ermənistan arasında güvənlik sahəsindəki əməkdaşlıq Azərbaycan və Türkiyə tərəfindən mümkün təhlükə ilə əsaslandırılırdı. Bu təhdidlər aradan qalxandan sonra Rusiya əsgər, sülhməramlı və sərhədçilərini burada niyə saxlasın?

Rusiyanın bölgəni tərk etməsi qarışıq proses olacaq – Moskva hələ də Ermənistan üzərində bir çox iqtisadi rıçaqa nəzarət edir. Ancaq Yerevan hər hansı keçidi asanlaşdırmaq üçün ABŞ və Avropadan kömək istəyə bilər… Sülh müqaviləsi imzalanmadan bunların heç birinin baş vermə ehtimalı yoxdur. Hər hansı çözülməmiş məsələ qalmasa da, Azərbaycanın sülh bağlamaqda maraqlı olmaya biləcəyini göstərən amillər get-gedə daha çox gözə çarpır. Bakı ən çox istədiyi şeyi – Qarabağ üzərində nəzarəti müqaviləsiz də əldə edib. Ermənistanla münaqişəni "aşağı odda" qoruyub saxlamaq Azərbaycan prezidenti İlham Əliyevin işinə yaraya bilər; o, hələ də ictimai dəstəyin güvənli qaynağı kimi bu münaqişəyə güvənə bilər. Geniş strategiyanın, bəlkə də, ən çox gözəçarpan göstəricisi Əliyevin get-gedə artan "Qərbi Azərbaycan" çağırışlarıdır. …Bu onu düşünməyə əsas verir ki, Azərbaycan öz tələblərini davam etdirə bilər. Azərbaycanın, beləcə, Ermənistanın yorularaq danışıqlardan çəkilməsinə və son nəticədə tərəflərin bir-birini barışmazlıqda suçlamasına nail olmağa çalışdığını düşünmək olar", - C.Kuçeranın qısa analitik yazısındakı yanaşmadır.

XS
SM
MD
LG