Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:24

Avropa İttifaqı Ermənistana qeyri-döyüş tipli hərbi yardımı nəzərdən keçirir


Ermənistanın müdafiə naziri Suren Papikyan (soldan ikinci) və Vassilis Maraqos (sağdan ikinci)
Ermənistanın müdafiə naziri Suren Papikyan (soldan ikinci) və Vassilis Maraqos (sağdan ikinci)

Avropa İttifaqı Ermənistana “qeyri-döyüş” tipli hərbi yardım göstərilməsini nəzərdən keçirir.

AzadlıqRadisounun Erməni xidməti – Azatutyun yazır ki, bunu dekabrın 5-də Yerevanda olan Aİ nümayəndə heyətinin rəhbəri Vassilis Maraqos deyib.

Maraqos deyib ki, Aİ bu ayın axırlarında və ya gələn ilin əvvəllərində ölkənin təhlükəsizlik ehtiyaclarının öyrənilməsi və konkret təkliflərin verilməsi üçün Ermənistana “texniki missiya” göndərəck.

Diplomat jurnalistlərə bildirib ki, bu missiyanın detalları barədə qarşıdan gələn həftələrdə məlumat veriləcək.

Azatutyun yazır ki, Maraqos İttifaqın Ermənistana konkret olaraq hansı hərbi dəstəyi verəcəyini bildirməyib.

Vaxtilə Ermənistanın ricasına baxılmamışdı

Xəbərdə deyilir ki, bu məsələ böyük bir ehtimalla ötən həftə Yerevanda səfərdə olan Avropa Komissiyası və Avropa İttifaqı Xarici Fəaliyyət Xidməti rəsmilərinin görüşündə gündəlikdə olub.

Həmin səfər haqqında Aİ-nin məlumatında deyilirdi ki, danışıqlar zamanı “Avropa İttifaqı-Ermənistan münasibətlərinin bütün istiqamətlərdə dərinləşdirilməsi və gücləndirilməsi imkanları” müzakirə olunub.

Bəyanatda qeyd olunurdu ki, Aİ, məsələn özünün Sülh Fondundan Ermənistana “qeyri-döyüş” kateqoriyalı hərbi yardım imkanlarını öyrənəcək.

Azatutyunun yazdığına görə Ermənistan parlamentinin spikeri Alen Simonyan iyul ayında demişdi ki, Yerevan bu fonddan “texniki yardım” istəsə də onun bu ricası Brüssel tərəfindən qəbul edilməyib.

Aİ-nin bəyanatında deyilir ki, blok Ermənistana iqtisadi və sosial dəstək üçün 500 milyon avro vəsait “səfərbər edib”.

Bu da qeyd olunur ki, bu vəsaitin əksər hissəsi Ermənistana Avropa Yenidənqurma və İnkişaf Bankının kreditləri şəklində verilməlidir.

Ermənistandakı Aİ missiyası genişləndirilə bilər

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin noyabrın əvvəllərində keçirilən görüşündə Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilmiş missiyanın genişləndirilməsi təklifi qəbul olunub.

Azatutyun yazır ki, Ermənistana daha neçə müşahidəçinin göndəriləcəyi açıqlanmayıb.

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində ötən fevralda yerləşdirdiyi missiyada hazırda 100 müşahidəçi və ekspert var.

Bu missiyadan məqsəd sərhəddə yarana biləcək gərginliyin önlənməsidir.

Maraqosun sözlərinə görə bu missiya artıq indinin özündə atəşkəsin möhkəmlənməsinə xidmət edib.

Rusiya belə qiymətləndirməni qəbul etmir və bildirir ki, missiyadan məqsəd Yerevanın Moskvadan daha da uzaqlaşdırılması və Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasıdır.

XS
SM
MD
LG