Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:16

ABŞ senatoru Azərbaycana yardımı qadağan edən qanun layihəsi təqdim edib


Qari Piters Ermənistanda
Qari Piters Ermənistanda

ABŞ senatoru Qari Piters Birləşmiş Ştatların Azərbaycana təhlükəsizlik sahəsində yardımlarının qadağan olunmasını ehtiva edən qanun layihəsi təqdim edib.

Layihədə qeyd olunur ki, bu qadağan Azərbaycanın ermənilər üzərinə hücum etməyəcəyi qətiləşdirilənədək qüvvədə qalmalıdır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, senator sentyabrın sonlarında Ermənistana səfər edib. O səfər zamanı sərhədyanı bölgəyə, habelə Laçın dəhlizinin yaxınlığına baş çəkib.

O vaxt Piters demişdi:

“Azərbaycan hökuməti aydın şəkildə göstərdi ki, öz hərbi resurslarından Ermənistan xalqına və Dağlıq Qarabağa sərt hücumlar üçün istifadə edə bilər və edəcəkdir. Birləşmiş Ştatlar Azərbaycanın erməni xalqına qarşı zorakılığının iştirakçısı ola bilməz. Biz bu qanunu qəbul etməliyik ki, Azərbaycan regionda öz təcavüzünə son qoyanadək ona əlavə Amerika yardımı bloklansın”.

Azatutyun yazır ki, Piters habelə ABŞ Dövlət Departamentini və Maliyyə Nazirliyini Qarabağa hücum və onun blokadası ilə bağlı Azərbaycanın bəzi hökumət məmurlarına sanksiyalar qoyulmasına çağıran millət vəkilləri qrupuna qoşulacağını deyib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini elan edib.

Yerevan isə Qarabağda artıq onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etmişdi.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Sentyabrın 28-də isə tanınmayan qurum özünü buraxdığını elan edib.

XS
SM
MD
LG