Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:45

'Ən hiyləgər qalibdir': Ukrayna dəniz piyadaları tədricən Rusiyanın müdafiəsini aşdı


Ukrayna hərbçiləri Zaporojye regionunda minaatandan atəş açırlar.
Ukrayna hərbçiləri Zaporojye regionunda minaatandan atəş açırlar.

Ukraynanın bu yay başlayan əkshücumunda NATO-da təlim keçmiş və Qərb silahları ilə silahlanmış 35-ci, 36-cı, 37-ci və 38-ci briqadalar ayrıca fərqlənir. Bunlar ölkənin ən güclü hücum birlikləridir.

Ukraynanın artıq dördüncü ayında olan və yavaş irəliləyən əks-hücumu necə sonuçlansa da, tezliklə bitəcəyi gözlənilmir. Strateji məqsəd var - Azov dənizi istiqamətində irəliləyib Rusiya sərhədindən işğal altındakı Krım yarımadasına uzanan "körpü"nü bağlamaq gərəkdir. Ancaq bu, yaxın zamanda mümkün olmayacaq.

Cənubdakı qüvvələr daha çevikdir

Ukrayna ordusunun cənub istəqamətindəki qüvvələri şərq cəbhəsindəki qüvvələrindən daha çevik və hərəkətlidir. Məhz cənubdakı qüvvələr rusların "Surovikin xətləri" kimi tanınan istehkamlarını qırmağı bacarıb. Ötən qış və yaz ayları boyunca bu istehkamları quran Rusiya generalı Surovikin bu yay "Vaqner" muzdlu qrupunun qiyamından sonra Ukraynadakı əməliyyatların komandanı vəzifəsindən çıxarılıb.

37-ci Dəniz Piyada Briqadasının əksər üzvləri bu yaxınlarda çağırılıb və təlim keçiblər.
37-ci Dəniz Piyada Briqadasının əksər üzvləri bu yaxınlarda çağırılıb və təlim keçiblər.

İyundan bəri Ukrayna qüvvələri iki nöqtədə ciddi irəlililəyib - Donetsk vilayəti Zaporojye bölgəsinin inzibati sərhədi yaxınlığındakı Velıka Novosilka kəndində və bölgənin qərbindəki Robotıne kəndi yaxınlığında.

Hər iki halda bir kənddən digərinə irəliləyiş iki ağaclıq arasındakı atışma sayəsində baş verib, axı bu xətlərin arasında geniş və minalarla sıx döşənmiş sahə olur. Bu sahədə hərəkət edən hər hansı obyekt eyni zamanda həm düşmən atəşinə, həm də mina partlayışına məruz qalır.

Bu üzdən, hücum əməliyyatlarından öncə minadantəmizləmə işi görülür. Yolun təmizlənməsi üçün düşmən sürəkli top və raket atəşi altında saxlanır. Minadantəmizləmə işi çox vaxt gecə saatlarında aparılır.

İlk vaxtlarda müdafiə xəttini müxanikləşdirilmiş və zirehli maşınlarla tez qırmağa çalışan Ukrayna ordusu bu strategiya sayəsində canlı qüvvə və avadanlıq itkisini azalda bilib. Düzdür, bu, həm də irəliləyişin yavaşlaması deməkdir. Birkilometrlik ərazini azad etmək üçün bəzən bir həftə döyüşmək gərəkir.

37-ci dəniz piyada briqadasının batalyon komandiri Anatoli əsgərlərinin mövqeyinə baş çəkməyə gedir.
37-ci dəniz piyada briqadasının batalyon komandiri Anatoli əsgərlərinin mövqeyinə baş çəkməyə gedir.

"Qamakda uzanıb siqaretimi yandıranadək irəli gedəcəyik"

37-ci dəniz piyadaları briqadasının komandiri Anatoli (soyadı bilərəkdən qeyd olunmur) deyir ki, dəniz piyadaları briqadalarının komandanlığından gələn əmrləri gerçəkləşdirmək üçün yetərincə canlı qüvvə, silah-sursat, avadanlıq var və onlar hücum əməliyyatlarını davam etdirəcəklər: "Mən Azov dənizi sahilində qamakda uzanıb siqaretimi yandıranadək irəli gedəcəyik".

37-ci dəniz piyadaları briqadası, demək olar, tam şəkildə təkcə Ukraynada deyil, həm də NATO ölkələrində - Polşa, Norveç, Böyük Britaniya, Fransa və İspaniyada təlim keçmiş çağırışçılardan təşkil edilib. Birliyin komandirləri NATO-dakı həmkarları ilə əlaqə saxlayırlar. Briqada Qərbdən alınan avadanlıqdan - yüngül tank, artilleriya və digər silahlardan yararlanır.

37-ci Dəniz Piyada Briqadası, demək olar ki, yalnız Qərb istehsalı olan maşın və artilleriya ilə təchiz olunub.
37-ci Dəniz Piyada Briqadası, demək olar ki, yalnız Qərb istehsalı olan maşın və artilleriya ilə təchiz olunub.

"Bizə bu qoşunlardan daha çox lazımdır"

Ukrayna bu ilin mayında prezident Volodımır Zelenskinin sərəncamları ilə yeni ayrıca dəniz piyadaları briqadaları yaradıb. "Onlar düşməni məhv edən, Ukrayna torpaqlarını işğaldan qurtaran və ən çətin şərtlərdə ən çətin tapşırıqları yerinə yetirən güclü qoşunlardır. Bizə bu qoşunlardan daha çox lazımdır", - prezidentin sərəncam verərkən dilə gətirdiyi sözlərdir.

ABŞ Birləşmiş Hərbi Qərargahının rəisi general Mark Milli sentyabrın 10-da BBC-yə müsahibəsində deyib ki, "bəlkə, 30-45 gün qədər döyüşülə biləcək hava qalıb. Bu üzdən, ukraynalılar hələ işlərini bitirməyiblər. Sonra yağışlar başlanacaq, hər yer çox palçıqlı olacaq və …manevr etmək çox çətinləşəcək. Daha sonra da uzun qış gələcək".

Ancaq Ukrayna hərbi kəşfiyyatının rəhbəri general-mayor Kirilo Budanov deyib ki, Ukrayna ordusu havaya uyğunlaşacaq və "döyüş bütün hallarda davam edəcək".

XS
SM
MD
LG