Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:51

Kremlin sözçüsü Rusiyanın regionu tərk etməyəcəyini deyir


 Dmitri Peskov
Dmitri Peskov

Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov deyib ki, Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları, eləcə də Qarabağdakı sülhməramlıların fəaliyyətinin uğursuz olması fikri ilə razılaşmır:

“Rusiya bu regionun tərkib hissəsidir, ona görə də oranı tərk edə bilməz Rusiya Ermənistanı tərk edə bilməz.”

Kremlin sözçüsü bəyan edib ki, Rusiya regionda vəziyyətin sabitləşməsində və Ermənistan-Azərbaycan münaqişələrin həllində ardıcıl və çox mühüm rol oynamaqda davam edir.

Nikol Paşinyan
Nikol Paşinyan

Nikol Paşinyan sentyabrın 3-də, İtaliyanın "La Repubblica" qəzetinə demişdi ki, Ermənistanın təhlükəsizliyinin Rusiyadan asılı hala salınması "strateji səhv" olub.

Onun sözlərinə görə, rəsmi Moskva Qarabağda təhlükəsizliyi təmin edə bilmir və regiondan çəkilmək mərhələsindədir.

Laçın dəhlizi

Rəsmi Yerevan Rusiya sülhməramlılarını öz öhdəliklərini yerinə yetirməməkdə əvvəl də ittiham edib.

Avqustun sonu Ermənistandan Xankəndinə gedən humanitar yardımı Azərbaycan Laçın dəhlizindən buraxmayıb. Ermənistanın baş naziri Paşinyan demişdi ki, "Azərbaycan Rusiya sülhməramlılarının gözü qarşısında ölüm aclığı yaratmaqla Qarabağ ermənilərinə qarşı soyqırım siyasətini davam etdirir "

Azərbaycan XİN-i isə bu fikirləri "Ermənistanın məsuliyyətsiz “manipulyasiya” fəaliyyətinin təzahürü" adlandırıb.

Azərbaycan isə bildirir ki, Laçın dəhlizi bağlı deyil, erməni sakinlər Qırmızı Xaç Komitəsinin müşayiəti ilə dəhlizdən keçə bilir.

Ermənistan ilk dəfə Ukraynaya humanitar yardım göndərib
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Xatırlatma

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun faktiki blokadaya alındığını, üç aya yaxındır Qarabağa Ermənistandan kommersiya və humanitar yüklərin daxil olmadığını bildirir. Ermənistan rəsmiləri Azərbaycanın Laçın dəhlizində qurduğu nəzarət-buraxılış məntəqəsini qanunsuz sayır, 2020-ci ilin 9 noyabr üçtərəfli atəşkəs bəyanatına zidd olduğunu deyirlər.

Rəsmi Bakı isə regionun blokadaya salınması ittihamlarını rədd edir. Azərbaycan Qarabağa humanitar yardımın gətirilməsi üçün Ağdam-Xankəndi və Füzuli-Şuşa yollarını da təklif edib. Separatçılar Laçın dəhlizinə alternativ olan hər hansı yolla gətiriləcək humanitar yardımdan imtina edirlər.

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG