Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:12

Abdullahian Mirzoyana Qarabağdan yox, Əliyevlə söhbətindən danışıb


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 24-də Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 24-də Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb

Qarabağda humanitar böhran artıq hiss olunmaqdadır və Yerevan Cənubi Qafqaz regionundakı ölkələrdən, o cümlədən İrandan bu böhranın aradan qaldırılmasında daha fəal hərəkət gözləyir.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.

İyulun 24-də keçirilən görüşdə Mirzoyan habelə Abdullahiana Ermənistan-Azərbaycan danışıqlarında Yerevanın “qırmızı xətləri” barədə məlumat verib:

“Dəqiq sərhədlərin Almatı Bəyannaməsi əsasında bərpası, sərhədin demarkasiyasının və sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizlyinin təminatına dair danışıqlar üçün stabil beynəlxalq mexanizmin yaradılması – bizim üçün əsas məsələlərdir”.

Qarabağın adını çəkməyib

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Hüseyn Əmir Abdullahian 10 dəqiqəlik çıxışı ərzində Qarabağ və Laçın dəhlizi məsələsinə toxunmayıb.

Tehrandan verilən rəsmi məlumatda deyilir ki, nazirlər “stabil sülh, regionda nəqliyyat kommunikasiyalarının açılması və ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər”.

Azatutyun yazır ki, nəqliyyat marşrutlarından danışan İran naziri Azərbaycan prezidenti İlham Əliyevlə bu yaxınlarda keçirilmiş görüşündən geniş bəhs edib.

Abdullahianın sözlərinə görə, “Zəngəzur dəhlizindən” danışarkən Əliyev onu əmin edib ki, Bakı İranla Ermənistanı birləşdirən tarixi yolun bağlanmasına heç vaxt tərəfdar olmayıb və hazırda da buna tərəfdar deyil.

İran naziri izah edib ki, Əliyev “Zəngəzur dəhlizi” terminini işlədərkən tranzit maneələrinin aradan qaldırılmasını nəzərdə tutur.

Qarabağdakı sülhməramlılar muzdlu döyüşçüyə çevrilə bilər? Rusiyalı ekspertin şərhi
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Qərbin müdaxiləsi

Azatutyun yazır ki, İlham Əliyev iyulun 24-də bir daha “Zəngəzur dəhlizi” barədə danışıb və dəhlizin Azərbaycana aid hissəsində tikinti işlərinin 70 faizinin başa çatdığını bəyan edib.

Rəsmi Yerevan “Zəngəzur dəhlizi” ifadəsini Ermənistana qarşı ərazi iddiası kimi qiymətləndirir.

Tehranın rəsmi məlumatında ABŞ-a işarə ilə deyilir ki, Cənubi Qafqaz başqa ölkələrin rəqabət meydanına çevrilməməlidir. Qeyd olunur ki, Qərbin müdaxiləsi sülhün əldə edilməsi prosesinə əngəl yaradır.

Azatutyun yazır ki, iyulun 24-də Ararat Mirzoyanı İran prezidenti İbrahim Rəisi də qəbul edib.

Bu görüş zamanı Rəisi deyib ki, “İran region ölkələrinin sərhədlərinin dəyişdirilməsini və ərazi bütövlüyünün pozulmasını qeyri-məqbul hesab edir”.

Rəisi habelə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda aparılan danışıqlar barədə deyib ki, bu proses ABŞ-ın müdaxiləsindən azad olmalıdır.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

3 ölkənin liderləri arasında daha sonra da bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha bir neçə bəyanat imzalanıb.

XS
SM
MD
LG