Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:59

SHXÇDX-də daha iki rayonun vəzifəli şəxsləri barədə istintaq aparılır


©Shutterstock - court, courts
©Shutterstock - court, courts

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Rahim Ağayev də çağırışçıdan 5 min manat məbləğində rüvət almasında ittiham edilərək həbs olunub. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) daha iki rayonun vəzifəli şəxsləri barədə istintaq aparılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Turana bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi və Laçın rayon bölməsinin vəzifəli şəxsləri polis nəzarətinə verilib.

Qurumdan bildirilib ki, SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin müfəttişi Ramil Həsənovla Laçın rayon bölməsinin müfəttişi Rəşad Rəşidlinin çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsi üçün pul almalarına şübhələr var.

Onlar Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla barələrində polisin nəzarətinə vermə növündə qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı həbs olunmuş şəxslərdən və onların vəkillərindən münasibət öyrənmək mümkün olmayıb.

İyulun 4-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Rahim Ağayev də çağırışçıdan 5 min manat məbləğində rüvət almasında ittiham edilərək həbs olunub.

Baş Prokurorluğun məlumatına görə, bu istiqamətdə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XS
SM
MD
LG