Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:47

Rusiya Azərbaycanda məktəblərini açmaq istəyir


school
school

Rəsmi məlumata görə, Azərbaycanda rus dilində tədris aparılan məktəblərdə təhsil alanların sayı 159 031 nəfərdir. 5 il əvvəl bu rəqəm 90 min idi. Universitetlərin rus bölmələrində 16 min tələbə təhsil alır.

Rusiya Azərbaycanda məktəblərini açmaq istəyir. Həmin məktəblərdə Rusiyanın tədris proqramının və Rusiya məktəblərinin dərsliklərinin tətbiqi təklif olunur.

Mayın 31-də Rusiyanın Dövlət Dumasında keçirilən iclası zamanı Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, ötən ilin sentyabrın 1-də Tacikistanda 5 belə məktəbin işə başlaması, bu ilin mart ayında isə 9 belə məktəbin Qırğızıstanda tikməsi ilə bağlı hökümətlərarası razılaşma imzalanıb. O, qeyd edib ki, belə məktəblərin tikilməsi ilə bağlı danışıqlar Ermənistanla və Azərbaycanla da aparılır.

Bu günlərdə isə Dumanın MDB işləri üzrə komitəsi parlamentə bununla bağlı layihə təqdim edib. Həmin layihədə Rusiya hökümətinə MDB ölkələrində tədrisi rus dilində həyata keçirən məktəblərin tikintisini sürətləndirmək, rus dilində tədris həyata keçirən pedaqoji kadrların hazırlaması və vahid dərsliklərin hazırlamasını sürətləndirməyin tövsiyə edildiyi qeyd olunur.
Azərbaycanda tədrisi rus dilində olan məktəblər çoxdur, amma onlar Azərbaycan proqramı üzrə fəaliyyət göstərir. İndi isə Rusiya proqramı ilə fəaliyyət göstərən məktəblərin yaradılması təklif olunur.

Eksprertlər isə hesab edir ki, bununla Rusiya Azərbaycanda öz siyasi maraqlarını güdür.

Rəsmi məlumata görə, Azərbaycanda rus dilində tədris aparılan məktəblərdə təhsil alanların sayı 159 031 nəfərdir. 5 il əvvəl bu rəqəm 90 min idi. Universitetlərin rus bölmələrində 16 min tələbə təhsil alır.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Turana bildirib ki, MDB məkanında ən çox rusdilli məktəbləri olan ölkələrdən biri Azərbaycandır: “Dərsliklərə gəldikdə isə biz bu gün öz rusdilli məktəblərimizdə öz tədris proqramlarımıza uyğun dərsləri keçirik. Bu dərsliklər məsələsi sadə məsələ deyil. Yəni, Rusiya dərsliklərində ola bilsin Rusiyanın maraqlarını təmin edən, Rusiyanın öz dövlət ideologiyanı təbliğ edən hansısa məlumatlar, materiallar olsun. Azərbaycan isə əlbəttə ki, birmənalı olaraq öz maraqlarını, öz ideoloji istiqamətini rəhbər tutur”.

Deputatın sözlərinə görə, ona görə də bu kimi məsələlər Azərbaycanla müzakirə oluna bilər, amma bu o demək deyil ki, Rusiyada hazırlanan dərsliklər Azərbaycanda olduğu kimi tədris olunacaq: “Bu məsələlər aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır, baxılmalıdır. Azərbaycan müstəqil dövlətdir. Təbii ki, Azərbaycanın milli maraqları bu məsələdə nəzərə alınmalıdır. Azərbaycanda mövcud olan rusdilli məktəblər Azərbaycanındır, Rusiyanın deyil, bu məktəbləri Azərbaycan maliyyələşdirir. Ona görə də bu məktəblərin bizim təhsil sisteminə daxil olduğuna görə, burada mütləq Azərbaycan qanunları və Azərbaycanda qəbul edilmiş sistem işləməlidir”.

Komitə üzvü qeyd edib ki, Azərbaycanda rusdilli məktəblərdə olan dərsliklər yerli mütəxəssislər tərəfindən tərtib olunur: “Rusiyada hətta tədris sistemi də bizimkindən fərqlidir”.

Siyasi şərhçisi Ərəstun Oruclu is AzadlıqRadiosuna bildirib ki, bu ilk dəfə deyil ki, Rusiyanın dövlət və hakimiyyət orqanları tərəfindən postsovet məkanında rus dilində təhsilin yayılması məsələsi hansısa bir şəkildə gündəmə gətirilir: “Vaxtilə bu məsələ Rusiyanın Xarici siyasət idarəsi tərəfindən həyata keçirilən bəlli bir proqram idi”.

Poitoloq hesab edir ki, əgər söhbət rus dilinin postsovet məkanında qorunub saxlamasından, yayılmasından gedirsə, Azərbaycanda bu sahədə heç bir problem yoxdur: “Azərbaycanın rəhbərliyi rusdilli məktəblərin furmadan reytinqinin artması və əhali arasında daha populyar olması barədə qürürla danışır. Onsuz da məktəblərin ruslaşması Azərbaycanda həyata keçirilir. Rusiyada da bu barədə çox gözəl bilirlər”.

Ekspertin fikrincə, burada niyyət heç də rus dilinin yayılması deyil: “Burada söhbət ideoloji-diyasi ekspansiyadan gedir. Bu da təbiidir. Əgər biz Kremlə yaxın təbliğatçılarını diqqətlə izləsək, onların söhbətlərində “rus dünyası” deyilən ideoloji xəttini görərik. Bu Rusiyanın xarici siyasətinin ana xətti olan istiqamətdir. Orada vurğulanır ki, Rusiyanın ətrafında postsovet ölkələr bu ölkənin həyat məkanıdır və rus dünyasının tərkib hissəsidir”.


Ə.Oruclunun sözlərinə görə, postsovet məkanında həmin məktəblərin açılması pilot layihədir. “Həmin məktəblər sınaqdan keçdikdən sonra Azərbaycanda rus dilində fəaliyyət göstərən bütün məktəblərdə məhz Rusiya təhsil sisteminin tətbiqi məsələsi qaldırıla bilər. Bu isə yeni nəslinin Rusiyanın “beşinci kolonu” kimi yetişdirilməsidir”.

O,hesab edir ki, Azərbaycan höküməti bu layihədə iştirak etməməlidir və Azərbaycanda rus dilində təhsilinin məhdudlaşdırılması qərarını verməlidir.

XS
SM
MD
LG