Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:59

Kredit istəyən fermer: 'Elə şərtlər dedilər ki,… qaçdım'


Bakıda meyvə-tərəvəz niyə bahalaşıb? Kələm əkən kəndli izah edir
Gözlə

No media source currently available

0:00 0:05:09 0:00

Bakıda meyvə-tərəvəz niyə bahalaşıb? Kələm əkən kəndli izah edir (Arxiv. 2021)

İyunun 12-də Milli Məclisdə Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə kreditlərlə bağlı aktiv müzakirələr gedir. Onun sözlərinə görə, kənd təsərrüfatı kreditlərinə dair yeni qaydalar hazırlanır və girov tələblərinə yenidən baxılır: "Balanslaşdırılmış şəkildə riskləri nəzərə alaraq yumşaldıcı addımlar atacağıq".

Hazırda müxtəlif banklar Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına kənd təsərrüfatının kreditləşməsini aparır. Həmin kreditlərin faiz dərəcəsi illik 7-12-dir. Kreditin məbləği 1000-200000 manat arasında dəyişir. Onun müddəti isə 1, 3 və 5 ildir.

Kredit verilməsinin əsas şərtlərindən biri də budur ki, təqdim edilən layihə məbləğinin ən azı 30 faizi sahibkarın öz vəsaiti olmalıdır. Həmçinin, kredit götürənin likvid girov əmlakı olmalıdır.

Fermer 13 bankdan 'yox' cavabı alırsa, dövlətin sahibkara dəstəyi necə olur?
Gözlə

No media source currently available

0:00 0:05:21 0:00

"…Kredit götürmək istədim"

Tovuzda yaşayan fermer İsmayıl Əhmədov (ad və soyadı şərtidir) AzadlıqRadiosuna bildirib ki, biznesini genişləndirmək istəsə də, artıq uzun müddətdir bunu reallaşdıra bilmir: "Kartof istehsalı ilə məşğulam, hər hektardan 35 ton kartof götürmək olur. Əlavə torpağım var və istehsalı genişləndirmək istəyirəm. Ancaq öz pulum hesabına bunu edə bilməyəcəyimi düşünüb kredit götürmək istədim. Mənə elə şərtlər dedilər ki, başımı götürüb qaçdım".

Onun sözlərinə görə, həm kredit faizi çoxdur, həm də çoxlu sənədlər istənilir.

Deputat: "Məsələ həll olunur"

Mövzu ilə bağlı Mərkəzi Bank, Kənd Təsərrüfatı Nazirliyi və başqa əlaqədar qurumlarla danışmaq mümkün olmayıb.

R.Quliyev
R.Quliyev

Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a deyib ki, kənd təsərrüfatlarına ayrıca mikro və kiçik kredit xəttinin yaradılması nəzərdə tutulur: "Hələ koronavirus pandemiyası vaxtında bizdə belə layihələr var idi. O vaxt 15 min manata qədər və tez zamanda kredit verilirdi. Həmçinin girovluq şərtləri fermerlər üçün çox sərfəli idi. Bu istiqamətdə daha geniş bir paket nəzərdə tutulur. Hətta verilən kreditin məbləği arta bilər, faizlər isə minimal olacaq. Məsələ həll olunur".

Deputatın fikrincə, əsas kreditin verilməsi müddətidir: "Kənd təsərrüfatı kreditləri 10-15 gün ərzində ayrılmalıdır. Çünki hava gözləmir. Gözlənilən dəyişikliklər həm dövlət, həm bazar, həm də sahibkarlar üçün uyğun və rahat olacaq".

V.Məhərrəmov
V.Məhərrəmov

"Qonşu Gürcüstan və Ermənistanla müqayisə edəndə…"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda əvvəllər kreditlər bir çox hallarda kənd təsərrüfatı ilə məşğul olan məmurların yaxın adamlarına, qohumlarına verilib: "O zaman məmurun bir zəngi sanki kifayət edirdi ki, banklar məmurun qohumuna girovsuz kifayət qədər kredit resursu ayırsın".

Ekspertin sözlərinə görə, ümumiyyətlə, girovlu və ya girovsuz ayrılan kredit resurslarının faiz dərəcəsi reallıqda çox yüksəkdir: "Qonşu Gürcüstan və Ermənistanla müqayisə edəndə orada kənd təsərrüfatına ayrılan kreditlərin faizləri bizdən iki dəfə azdır. Orada o rəqəm 6-7 faizdirsə, bizdə bu, 20 faizə yaxındır".

O vurğulayıb ki, ikinci problem Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın aşağı olmasıdır: "Məhsuldarlıq aşağı olduğu üçün maya dəyəri yüksəkdir və bizim kəndlilərin qazancı azdır. Onlar əldə etdikləri gəlirlə bank faizlərini ödəyəcək gücdə deyillər. Digər tərəfdən, ölkənin kənd təsərrüfatında daha ciddi problem var. Bu, istehsal vasitələrinin baha olması və kəndli üçün əlçatan olmamasıdır".

XS
SM
MD
LG