Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:17

Gerasimov müharibəyə baş komandan oldu, Surovikin onun müavini


Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov (solda) və Sergey Surovikin
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov (solda) və Sergey Surovikin

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov Ukraynada müharibə aparan Rusiya ordusunun baş komandanı təyin edilib.

Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yanvarın 11-də verib.

Məlumata görə bu vəzifəyə daha əvvəl təyin edilmiş Sergey Surovikin bundan sonra Gerasimovun üç müavinindən biri olacaq. O habelə kosmik-hava qüvvələrinin komandanı vəzifəsində qalacaq.

Quru qoşunlarının komandanı, ordu generalı Oleq Salyukov və baş qərargah rəisinin müavini general-polkovnik Aleksey Kim də Gerasimovun müavinləri təyin ediliblər.

“Armageddonluq” edə bilmədi

Rusiya ötən ilin fevralında Ukraynaya hərbi müdaxilə edəndə onun “xüsusi hərbi əməliyyat” aparan qoşun birliyinin ayrıca baş komandanı vəzifəsi yox idi.

Oktybarın 8-də Ukrayndakı qoşunların baş komandanı vəzifəsinə Sergey Surovikin təyin edilmişdi.

Suriyada yaşayış məntəqələrinə hava zərbələri endirməsi ilə məşhurlaşan və “general Armageddon” ləqəbi qazanan Surovikinin Ukrayna müharibəsinə gəlişi ilə burada da taktika dəyişmişdi.

Rusiya artıq Ukraynanın enerji və mülki infrastrukturuna zərbələr endirməyə başlamışdı.

İlk belə zərbələr oktyabrın 10-da sonuncusu isə dekabrın 31-də endirilib.

Surovikin Ukraynadakı qoşunlara baş komandan təyin olunandan sonra habelə “çətin qərarların qəbul olunması” zərurətindən danışmış, bunun ardınca Rusiya qoşunlarının Xersondan və ümumiyyətlə Dnepr çayının sol sahilindən çıxarılmasına əmr vermişdi.

Daxili çəkişmələr

Bəzi şərhçilər Ukrayna müharibəsinə rəhbərlikdə tez-tez baş berən dəyişiklikləri Rusiya hakimiyyətinin yuxarı eşelonlarında baş verən çəkişmələrlə izah edirlər.

Məsələn, Surovikinin Ukraynadakı qoşunlara baş komandan təyin olunmasını Çeçenistanın başçısı Ramzan Kadırov və Wagner özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin alqışlamışdılar.

Eyni zamanda Kadırov və bir sıra “vətənpərvər” blogerlər baş qərargahın rəisi Valeri Gerasimovu üstüörtülü tənqid edirdilər.

Bundan başqa Kadırovun və Priqojinin tənqid etdikləri general Aleksandr Lapin bu yaxınlarda gözlənilmədən quru qoşunlarının qərargah rəisi təyin olunub.

Gerasimovun Ukraynadakı qoşunlara baş komandan təyin olunması Soledar və Baxmutda gedən qanlı döyüşlərin fonunda baş verir.

Burada verdikləri çox ağır itkilərə baxmayaraq Wagner özəl hərbi şirkətinin muzdluları bu şəhərlərə nəzarəti tam ələ ala bilməyiblər.

XS
SM
MD
LG