Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:14

Rusiyada neft çənləri yanır, dron zərbələri barədə xəbərlər verilir


Bryansk vilayətində aprel ayında baş vermiş yanğın
Bryansk vilayətində aprel ayında baş vermiş yanğın

TASS fövqəladə hallar xidmətlərinə istinadla xəbər verib ki, dizel yanacağı ilə dolu çənə düşən yanğın 4000 kvadratmetr sahəyə qədər artıb

Rusiyanın Bryansk vilayətinin Surajsk rayonunda noyabrın 30-da neft məhsulları çənlərində yanğın baş verib.

Bu vilayət Ukrayna ilə həmsərhəddir. Bu barədə regionun qubernatoru Aleksandr Boqomaz məlumat verib.

O bildirib ki, yanğın 1800 kvadratmetr sahəyə yayılıb. Qubernator yanğının səbəbləri barədə heç nə deməyib.

Bu da xəbər verilir ki, hadisə yerinə yanğınsöndürən qatar və Rusiya Fövqəladə Hallar Nazirliyinin aeromobil qrupu göndərilib.

İtki və xəsarət alanlar barədə məlumat verilmir.

Noyabrın 30-da TASS fövqəladə hallar xidmətlərinə istinadla xəbər verib ki, dizel yanacağı ilə dolu çənə düşən yanğın 4000 kvadratmetr sahəyə qədər artıb. Yanğını hələ də lokallaşdılrmaq mümkün olmayıb.

112 adlı teleqram kanalı xəbər verir ki, çənlərdə yanğın drondan atılan mərmi zərbəsi nəticəsində baş verib.

Bryansk vilayətinin Surajsk rayonu Ukrayna sərhədindən kifayət qədər aralıda yerləşir.

Dron zərbələri

Rusiyanın Ukrayna ilə həmdsərhəd olan başqa bir regionunda – Kursk vilayətində Sudjan və Korenevski rayonlarının qismən elektriksiz qaldığı xəbər verilir. Bu məlumatı Kursk vilayətinin qubernatoru Roman Starovoyt verib. O 11 raket zərbəsinin qeydə alındığını bildirib.

Starovoyt yazır ki, mərmilərdən biri enerji təchizatı obyektini vurub. O noyabrın 29-da Tyotkino qəsəbəsinin atəşə tutulduğunu yazırdı.

Qeyd olunurdu ki, burada enerji təchizatı obyektlərinə ziyan dəyib və qəsəbə işıqsız qalıb.

Uşaq futbolunun qarşısında ən böyük maneə...
Gözlə

No media source currently available

0:00 0:05:15 0:00

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlanandan bəri Rusiyanın döyüş əməliyyatı gedən ərazilərə yaxın yerlərində gərginlik olduğu xəbər verilir.

Rusiyanın Bryansk, Belqorod və Kursk vilayətlərinin hakimiyyətləri ərazinin Ukrayna tərəfindən atəşə tutulduğunu bildirir. Ukrayna Müdafiə Nazirliyi bu xəbərləri şərh etmir.

Rusiya oktyabr ayından başlayaraq Ukraynanın infrastruktur obyektlərinə raket zərbələri endirir.

Rusiya ərazisində isə neft bazalarının atəşə tutulması barədə dəfələrlə xəbərlər verilib.

XS
SM
MD
LG