Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:53

Pentaqon Ukraynaya daha uzaqvuran silahların verilməsi məsələsinə baxır


Pentaqon Ukraynaya kiçik və ucuz dəqiq vuran mərmilərin verilməsinə dair Boeing şirkətinin təklifini nəzərdən keçirir

Pentaqon Ukraynaya kiçik və ucuz dəqiq vuran mərmilərin verilməsinə dair Boeing şirkətinin təklifini nəzərdən keçirir.

Bu mərmiləri Kiyevin çox sayda malik olduğu raketlərə yerləşdirmək və beləliklə də cəbhə xəttindən arxada və uzaqda olan Rusiya hədəflərinin vurulmasını mümkün etmək olar.

Xəbər verilir ki, ABŞ və onun müttəfiqlərinin cəbbəxanasında silahlar azalıb və belə bir şəraitdə Ukraynanın daha dəqiq silahlara ehtiyacı var.

Boeing Ukrayna üçün yerdən atılan kiçik diametrli mərmilərin (Ground-Launched Small Diameter Bomb - GLSDB) verilməsini təklif edib.

Bu Ukraynanı silahla təchiz etmək üçün hazırda nəzərdən keçirilən onlarca təklifdən biridir.

Reuters agentliyinin tanış olduğu sənəddə deyilir ki, GLSDB mərmiləri Ukraynaya artıq gələn yazda çatdırıla bilər.

Bu mərmilər GBU-39 Kiçik Diametrli Bombalar (Small Diameter Bomb - SDB) və M26 raketinin mühərrikindən ibarətdir.

Bəzi silahların ehtiyatı tükənir

ABŞ ordusunun baş silah təchziatçısı Daq Buş (Doug Bush) ötən həftə demişdi ki, Pentaqon habelə Ukraynaya 155 mm çaplı top sursatlarının təchizatını artırmağı planlaşdırır.

O qeyd etmişdi ki, hazırda yalnız dövlət müəssisələrində istehsal olunan bu sursatın özəl sektrorda istehsalına icazə verilib.

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin silahlar və təhlükəsizlik üzrə eksperti Tom Karako deyir ki, məqsəd ucuz qiymətə sursatların kəmiyyətini artırmaqdır.

Ekspert bildirir ki, hazırda ABŞ cəbbəxanasında bəzi silahların ehtiyatı azalıb və ya tükənmək üzrədir.

Karako qeyd edir ki, ABŞ-ın Əfqanıstandan çıxmasından sonra çox sayda havadan atılan bomba istifadəsiz qalıb, lakin onların Ukrayna təyyarələrində istifadəsi problemlidir və buna görə də bu bombaların modifikasiyasına ehtiyac var.

Boeing şərh verməyib

Xəbərdə deyilir ki, artıq az sayda GLSDB dəstləri hazırlansa da onların çatdırılma logistikasında ciddi çətinliklər var.

Bu da qeyd olunur ki, Ukraynanın bu sursatla təchizatı üçün azı altı təchizatçıya ehtiyac var.

Boeing şirkətinin sözçüsü xəbərlə bağlı şərh verməkdən imtina edib.

Birləşmiş Ştatlar Ukraynaya 297 kilometrədək məsafədə olan hədəfləri vurmaq imkanı verəcək ATACMS raketlərini verməkdən imtina etsə də, GLSDB mərmiləri 150 kilometrlik məsafəni vurmaq qabiliyyətinə malikdir.

Ekspertlər deyirlər ki, bu mərmilərin Ukraynaya verilməsi onun əks-hücum əməliyyatlarına ciddi təkan verərdi.

Uşaq futbolunun qarşısında ən böyük maneə...
Gözlə

No media source currently available

0:00 0:05:15 0:00

100 kilometrədək uçuş

GLSDB - SAAB AB və Boeing Co şirkətlərinin birlikdə istehsal etdiyi sursatdır və 2019-cu ildən bəri işlənib hazırlanır.

Reuters yazır ki, hazırda anbarlarda kifayət qədər M26 raket mühərrikləri var və GBU-39 mərmilərinin hər biri 40 min dollara başa gəlir.

Beləliklə Ukrayna üçün GLSDB mərmiləri kifayət qədər ucuz başa gələ bilər.

Bu da qeyd olunur ki, GLSDB mərmiləri GPS sistemi ilə tuşlanır və elektron dalğa boğucularının “gözündən yayına” bilir.

Bu mərmilərdən istənilən hava şəraitində istifadə etmək mümkündür.

GLSDB mərmilərinə başlıq rolu oynaya biləcək GBU-39-un kiçik qatlama qanadları var və təyyarədən atıldıqdan sonra havada 100 kilometrədək süzə bilir.

XS
SM
MD
LG