Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:36

Kiyevə elektrik, su verilişi bərpa olunur


Kiyev, 23 noyabr, 2022-ci il
Kiyev, 23 noyabr, 2022-ci il

Noyabrın 24-də Ukrayna paytaxtı Kiyevə, eləcə də digər şəhərlərə elektrik enerjisi və su təchizatı bərpa olunub. Bir gün öncə Ukraynanın enerji infrastrukturuna Rusiya qüvvələrinin raket zərbələri nəticəsində Kiyevdə müharibə başlayandan ən böyük kəsintilərdən biri yaşanmışdı.

“Enerji mühəndisləri və mütəxəssisləri bütün gecəni işləyərək” elektrik və su təchizatını bərpa ediblər, Kiyevin meri Vitali Kliçko Telegram-da yazıb.


Kiyevin 70 faizində işıq olmayıb

Onun sözlərinə görə, bu gün səhər Kiyevin 70 faizində işıq olmayıb. Ancaq Ukraynanın nəzarətində olan üç nüvə stansiyası elektrik şəbəkəsinə birləşdiriləndən sonra şəhərin əksər yerlərində elektrik bərpa olunub.

Səhər Kiyevin yarıdan çox hissəsində su təchizatı da bərpa edilib, Kliçko yazıb.

Rusiya ordusu bur gün öncə 67 kruiz raketi və 10 dron atıb, əsasən ölkənin enerji infrastrukturunu hədəfə alıb.

Müharibədən öncə 2.8 milyon əhalisi olan Kiyevdə gecə temperatur 0-dan aşağı olur.

“Məğlubedilməzlik nöqtələri”

Enerji infrastrukturuna davamlı hücumlar Ukrayna hakimiyyətini “məğlubedilməzlik nöqtələri” yaratmağa sövq edib. İstilik və elektriklə təmin olunan yerlərdə adamlar isti yemək yeyə, cihazlarını doldura, internetə qoşula bilərlər.

Son raket zərbələri Kirovoqrad, Vinnitsya və Sumı vilayətlərində də elektrikin kəsilməsinə səbəb olub.

Poltava vilayətində 15 min 500 fərd, 1500 hüquqi şəxsin elektriklə təchizatının artıq bərpa olunduğu bildirilir. Poltava şəhərinin bəzi yerlərinə su verilişi də bərpa olunub.

Rusiya fevralın 24-də Ukraynaya irimiqyaslı hücuma başlayıb. Son dövlət cəbhədə yaşanan uğursuzluqlar fonunda ölkənin enerji infrastrukturuna ağır zərbələr endirilir.

XS
SM
MD
LG