Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:14

Almaniya Usmanovun 30 tablosunu müsadirə edib


Qiyməti 600 milyon dollar olan Dilbər yaxtası mart ayında Almaniyanın hakimiyyət orqanları tərəfindən həbs edilib
Qiyməti 600 milyon dollar olan Dilbər yaxtası mart ayında Almaniyanın hakimiyyət orqanları tərəfindən həbs edilib

Almaniyanın Süddeutsche Zeitung qəzeti yazır ki, bu rəsm əsərləri Usmanova məxsus olmuş Dilbər superyaxtasının interyerini bəzəyirdi

Almaniya polisi Rusiya oliqarxı Alişer Usmanovun şəkil kolleksiyasından 30 tablonu müsadirə edib.

Ümumi qiyməti 5 milyon avro təxmin edilən bu tabloların arasında Mark Şaqal kimi sənətkarların əsərləri var.

Almaniyanın Süddeutsche Zeitung qəzeti yazır ki, bu rəsm əsərləri Usmanova məxsus olmuş Dilbər superyaxtasının interyerini bəzəyirdi.

Heydər Əliyev Fondunun tikdirdiyi məktəbdə valideynləri içəri buraxmırlar...
Gözlə

No media source currently available

0:00 0:07:01 0:00

Yaxta 2021-ci ilin payızında Hamburqdakı tərsanədə kapital təmirə dayanmışdı.

Şəkilləri isə o vaxtdan bəri ekspeditor şirkətin anbarında saxlayırdılar.

Faberje yumurtaları

Rusiyanın Ukraynaya hücumundan sonra Alişer Usmanov da Vladimir Putinlə yaxınlığına görə Avropa İttifaqının sanksiya siyahısına salınmışdı.

Qanuna görə o, incəsənət əsərləri də daxil, özünün Almaniyadakı bütün aktivləri barədə bəyannamə verməli idi. Lakin oliqarx bunu etməyib.

Qiyməti 600 milyon dollar olan Dilbər yaxtası mart ayında Almaniyanın hakimiyyət orqanları tərəfindən həbs edilib və hazırda Bremen şəhərindədir.

Bölgələrdə az qala hamı uşağını repetitor yanına göndərir
Gözlə

No media source currently available

0:00 0:06:24 0:00

Bundan əvvəl Almaniya polisi Alişer Usmanova məxsus bir neçə mülkdə, o cümlədən Bavariyadakı Tegernze gölü sahilindəki villada axtarış aparmışdı.

Orada bəzi sənədlər və Faberje firmasının dörd yumurtası müsadirə olunmuşdu.

Son dərəcə nadir olduqlarına görə bu yumurtaların qiymətini təxmin etmək çətindir, amma 2007-ci ildə Rotşildlərə məxsus olmuş və ötən əsrə aid yumurta 12,5 milyon avroya satılmışdı.

Aktivlərin müsadirəsi sistemi

Usmanov Almaniyada yaxta, incəsənət əsərləri və başqa qiymətli əşyalar daxil bir çox aktivlərin ona məxsus olmasını danırdı. Oliqarx iddia edirdi ki, bu əşyaların qeydiyyatdan keçdiyi fondlara o nəzarət etmir.

Sanskiya rejiminin pozulmasından başqa Almaniya Usmanovdan həm də çirkli pulların yuyulmasında və 500 milyon dollarlıq vergidən yayınmada şübhələnir.

Avropa İttifaqının Brüsselldə keçirilən sammitində Avropa Komissisyasına Rusiya oliqarxlarının Avropada dondurulmuş aktivlərinin müsadirəsi sxemini hazırlamaq tapşırılmışdı.

'Təcavüzə məruz qalan azyaşlını müayinə etməyə kişi ginekoloq göndərirlər'
Gözlə

No media source currently available

0:00 0:08:17 0:00

Kommersant qəzetinin məlumatına görə hazırda Avropada Rusiya biznesinin 17,4, Rusiya Mərkəzi Bankının isə 23 milyard avroluq aktivi dondurulub.

Kreml Avropadakı Rusiya aktivlərinin müsadirəsini “beynəlxalq quldurluq və əvvəllər törədilmiş oğurluğun leqallaşdırılması” adlandırıb.

69 yaşlı Usmanov Rusiyanın ən zəngin adamlarından biridir. Forbes jurnalı onun sərvətini 11,5 milyard dollar olaraq qiymətləndirib.

XS
SM
MD
LG