Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:05

Ukrayna müharibəsinin rusiyalı diplomatlara təsiri. Lavrovun üzüyolalığı


Vladimir Putin (solda) və Sergey Lavrov (kollaj)
Vladimir Putin (solda) və Sergey Lavrov (kollaj)

Moskvanın Ukraynaya hücumu Rusiyanın xarici siyasətini də çətin vəziyyətdə qoyub. Rusiya diplomatları ölkələrinin get-gedə dərinləşən izolyasiyası fonunda vəzifələrini yerinə yetirməyə çətinlik çəkirlər. Rusiyanın BMT-nin Cenevrə qərargahındakı daimi missiyasının keçmiş müşaviri Boris Bondaryov belə deyir.

42 yaşlı Bondaryov karyerasının 20 ilini diplomat olub. Bu ilin mayında müharibənin Rusiya və rəhbərliyinin repressivliyini faş etdiyini deyərək istefa verib.

Qeyri-mümkün diplomatiya

"Ukraynaya hücum Rusiya diplomatiyasını praktik mənada qeyri-mümkün edib”, – Bondaryov “Nastoyaşeye Vremya”ya müsahibəsində söyləyib.

Bondaryov Kremlin Ukraynaya hücumuna etiraz edərək istefa verməklə xəbər başlıqlarına çıxmışdı. O zamandan bəri o, Putinin hakimiyyətdə olduğu iyirmi il ərzindəki fəaliyyətini tənqid edib. Bondaryov Putin hakimiyyətini öz propaqandası ilə diplomatik xidməti yolundan azdırmaqda və dünya səhnəsində təcrid olunmuş hala salmaqda ittiham edir.

"Diplomatiyamızın davamlı tənəzzülünün, təxribat və yalan girdabına diyirlənməsinin şahidi olmuşam. Ancaq yenə də müharibə baş verənə və qan tökülənə qədər bir çox həmkarım kimi hələ işləyə biləcəyimi düşünürdüm”, – o deyir.

İradi korluq

Bondaryovun sözlərinə görə, Rusiya təbliğat şəbəkəsində səslənən iddiaları və mövqeləri təkrarlayan diplomatlar mükafatlandırılır, rəsmi xətti sorğulayanlarsa təzyiqə məruz qoyulurdu.

O bu iradi korluğu Kremlin Ukraynaya qarşı müharibəyə gedərkən yanlış təxminlərinin səbəblərindən biri kimi görür. Rusiya Kiyev üzərində sürətli qələbə qazanacağını düşündüyü halda çox böyük itkilər verməkdə və döyüş meydanında biabırçı uğursuzluqlarla üzləşməkdədir.

"Bu davam etdikcə Putin XİN-in bütün bu ritorikasının əsas hədəfinə çevrildi. Bu, Rusiya diplomatiyasının əleyhinə işləyir. Çünki diplomatlar quldur və xuliqan kimi danışan adamlarla ünsiyyətdə olmaq istəmirlər. Ancaq bu danışıq tərzi təşviq olunurdu. Görünür, əsas müştəri - [Putin] – belə xoşlayır”, – Bondaryov deyir.

Lavrovun mütiliyi

2000-ci ildə XİN-də işə düzələn Bondaryov ölkəsinin diplomatik korpusunun hər şeyə “hə” deyən adamlarla doldurulduğunu deyir. Nazir Sergey Lavrovsa onun əsas tənqid hədəfinə çevrilib.

"Mənə elə gəlir ki, [Lavrovun] üzüyolalığı, heç kəslə mübahisə etmək, öz mövqeyini müdafiə etmək istəməməsi XİN-i öz fikri olmayan, yuxarıdakıların təlimatları üçün mövcud olan bir quruma çevirib”, – o deyir.

Keçmiş rus diplomatı istefa qərarının səbəblərini və iyirmi illik karyerası ərzində topladığı təcrübə haqda məlumatı oktyabrda “Foreign Affairs” jurnalında dərc etdirdiyi 6 min 500 sözlük essesində yazıb.

Bu essedən sonra Moskva Bondaryovu qınayıb. XİN sözçüsü Mariya Zaxarova isə onu II Dünya müharibəsi zamanı nasist Almaniyası ilə əməkdaşlığa görə xəyanətdə suçlanaraq edam edilmiş general Andrey Vlasovla müqayisə edib.

Qərbin sanksiyaları

Bondaryov öz essesində Rusiya rəhbərliyinin xarici siyasət xəttini tənqid edib və 2014-cü ildə Krımın ilhaqından sonra Qərbin tətbiq etdiyi sanksiyaların, əslində, Rusiya rəsmilərinin etiraf etdiyindən daha təsirli olduğunu bildirib. Qeyd edək ki, bu sanksiyalar əsasən hərbi texnika istehsalında istifadə olunan yüksək texnologiyaları hədəfə alırdı.

Bondaryov yazır ki, bu sanksiyalar “ordumuzu Qərbin anladığından daha çox zəiflətdi” və “Rusiyanın bu hücumda bu qədər çətinliklə üzləşməsinin səbəblərindən biri” oldu.

Şirakda 1700-dək ailə qışda donmaq təhlükəsi ilə üzləşib
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

O daha sonra Ukraynayla istənilən atəşkəsin Putinə yenidən silahlanmağa kömək edəcəyini yazır. O yalnız Ukrayna ordusunun Rusiyanı “hərtərəfli darmadağın” etməsinin bu müharibəni dayandıra biləcəyi qənaətindədir. Bondaryovun sözlərinə görə, Putin və mövcud rəhbərlik hakimiyyətdə olduğu müddətdə hər hansı atəşkəs davamlı nəticə verməyəcək.

"Nə qədər ki, Putin hakimiyyətdədir, Ukrayna Moskvada həqiqi danışıq aparmaq üçün adam tapmayacaq”, – o yazır.

XS
SM
MD
LG