Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:47

Harvard professoru: Müharibənin pis və lap pis ssenariləri var


Qraham Allison
Qraham Allison

Qraham Allisonun fikrincə “Ukrayna müharibəsində durğunluq yaranması ən yaxşı ssenaridir”

Qraham Allison Harvard Universitetinin professoru və nüvə silahları, strateji planlaşdırma, Rusiya və Çin üzrə keçmiş ABŞ müdafiə rəsmisidir.

Onun “Kuba Raket Böhranı” adlı kitabı 1971-ci ildə çap olunub.

Hazırda 82 yaşı olan professor 1990-cı illərdə ABŞ müdafiə nazirinin keçmiş SSRİ respublikaları üzrə müşaviri kimi çalışıb.

O AzadlıqRadiosuna verdiyi geniş müsahibədə deyib ki, Vladimir Putin Ukraynada eskalasiyanı artırmağa və hətta nüvə silahına əl atmağa qadirdir.

İranın Tehran, Həmədan, Şiraz və digər şəhərlərində etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Professorun sözlərinə görə Putin rüsvayçı məğlubiyyət və dağıdıcı eskalasiya arasında seçim etməli olsa, onun ikincini seçəciyini söyləmək üçün bütün əsaslar var:

“Əgər dağıntınların miqyasını artırmaq istəyirsənsə, birinci addım infrastrukturun bombardman edilməsidir. Düşünürəm ki, Putin artıq kifayət qədər dəqiq raketləri olmasa da məhz bunu edir...Bunun ardınca insanların məhv edilməsi gələcək”.

Putini küncə sıxsalar

Professor bildirib ki, Qərb, xüsusilə də Zelenski Putinin çox sayda mülkini öldürsüyünü deyirlər. Amma Allisonun fikrincə bu, tarixi miqyasda elə də çox adam deyil:

“Əgər o uşaqları öldürmək istyəsəydi, minlərlə insanı öldürmək istəsəydi, Kiyevi yüzlərlə raketlərlə bombardman edə bilərdi. Orada əhali mərkəzləri çoxdur. Putini bundan çəkindərəcək heç nə yoxdur. Düşünürən ki, o birinci mərhələdə infrastrukturu dağıtmaqla ukraynalıları dondurmaq istəyir. İşıqları söndürür. Sonra insanları öldürməyə keçəcək. Bunun ardınca kimyəvi silahlar, ondan sonra nüvə zərbələri gələcək”.

Harvard professorunun firkincə rüsvayçı məğlubiyyət Rusiyanın varlığına təhlükə yaratmasa da, Putinin varlığına təhlükə yarada bilər.

Allison bildirir ki, prezident Co Baydenin təbirincə deyilərsə, Putin hazırda küncə sıxılıb və nüvə silahından istifadə istiqamətində gedir:

“Qətiyyətlə demək olar ki, Putinin nüvə zərbəsi üçün qabiliyyəti var. Onun öz nəzərində əgər bu ona müharibədən məğlub yox, qalib kimi çıxmaq imkanı verəcəksə, o buna əl atacaq. Putin özünü məğlub kimi görmür və əgər MKİ direktoru Börns demişkən əgər o küncə sıxılarsa, başqa çarəsi qalmayacaq”.

Pis və lap pis variantlar var

Professor bildirib ki, əgər bu baş versə, dünya tamam başqa dünya olacaq. Elə isə mümkün nüvə zərbəsinə Qərbin cavabı nə ola bilər:

“Çox şey onun nüvə zərbəsini hara endirəcəyindən, nəyi hədəf seçəcəyindən asılıdır. Ola bilsin ki, bu “sadəcə nüvə zərbəsi tamaşası” olsun. Məsələn hardasa meşəyə və ya Qara dənizə raket atıla bilər. Hərbi hədəf və ya şəhər də vurula bilər”.

Allison xatırladır ki, Putin nüvə zərbəsi presedentindən danışanda Hirosimanın və Naqasakinin adını çəkmiş və demişdi ki, keçmiş ABŞ prezidenti Trumen bu şəhərlərə atom bombası atıb. Amerikalıların Hirosimaya atdığı bomba 140 min insanı öldürmüşdü. Odur ki, Kiyevə atıla biləcək taktiki nüvə zərbəsi də eyni gücdə - 15 kiloton olsa, çox sayda insan ölə bilər.

'Bellingcat' güllələnmə videosu ilə bağlı araşdırmasını açıqladı
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

ABŞ-ın və Qərbin buna mümkün cavabı barədə sula cavab verən Allison deyib:

“Vaşinqton deyəcək ki, bütün variantlar masa üzərindədir. Lakin mənə nüvə cavabı ağlabatan görünmür. Mən deyərdim ki, bu ağılllı hərəkət olmazdı. Çünki o zaman sual doğacaq ki, Putin bu cavaba nə cavab verəcək. Burada pis variantlar, lap pis variantlar var, yaxşı variantlar yoxdur. Məhz buna görə də Putinə, bunun o cümlədən onun özü, ölkəsi, dünya üçün pis ideya olduğunu təlqin etmək üçün belə səylər göstərilir. Bu məsələdə o özü qərara gəlməlidir. Yəni düşünməlidir ki, ABŞ-ın və Qərbin cavabı nə ola bilər. Mən ümid edirəm ki, O, Çin kimi daha çox etibar etdiyi adamlardan müyyən məsləhətlər alır”.

Bir vaxt Baltik ölkələri də qəsb edilmişdi

Professor düşünür ki, burada ən nikbin ssenari növbəti bir və ya iki ay ərzində cəbhədə durğunluğun yaranmasıdır. O bildirir ki, bu hazırda qüvvələrin olduğu yerdə qalmasıdır. Onun fikrincə Donetsk və Luhanskda 2016-2020-ci illərdə məhz belə bir durğunluq yaranmışdı:

“Bu halda Putin düşünəcək ki, uğurlu olduğunu deməyə əsası var. Onun Krımı birləşdirəm körpüsü var, bir az da əlavə əraziləri götürüb. Deyə bilər ki, uğur qazanıb. Biz də deyə bilərik ki, biz də uğurlu olmuşuq. Çünki Ukrayna müstəqil və azad ölkə kimi sağ qalıb, ərazilərindən imtina etmir. İddia edir ki, müəyyən bir məqamda torpaqlarını geri alacaq. Ukrayna bundan sonra uğurlu bir ölkənin quruculuğu ilə məşğul olacaq...”

Professor Allison dediklərinə misal olaraq Şərqi və Qərbi Almaniyalardan danışıb. O deyib ki, Qərbi Almaniya heç vaxt Şərqi Almaniya iddiasından əl çəkməmişdi:

“Putinin oyun qaydaları Baltikyanıda, II Dünya Müharibəsinin sonlarında kommunistlərin oyun qaydalarından götürülüb. Orada onlar saxta seçki, referendumlar keçirmiş, Latviya, Litva və Estoniyanı Sovet İttifaqının respublikları adlandırmışdılar. Qərb, ABŞ Sovet İttifaqının bu ərazilərə iddialarını heç vaxt qəbul etməmişdilər, xaricdə yaşayanlar da bunu qəbul etməmişdilər. Amma zaman gəldi və onlar azad ölkələrə çevrildilər”.

Professor fikrini belə tamamlayır:

“Buna uzun müddət lazım gələ bilər. Bu əlbəttə pisdir. Amma alternativin bundan da pis ola biləcəyinə görə mən buna müsbət ssenari kimi baxıram”.

XS
SM
MD
LG