Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:51

'Human Rights Watch' videolarla bağlı bəyanat yayıb


Iddia olunduğuna görə erməni əsirlərin güllələndiyini göstərən videodan kadr
Iddia olunduğuna görə erməni əsirlərin güllələndiyini göstərən videodan kadr

Məlumatda deyilir ki, videonun 19-cu saniyəsində əsgərlərdən birinin yerdə oturan silahsız əsgərlərə atəş açdığı görünür

“2022-ci ilin sentaybrında iki ölkə arasında döyüşlər zamanı erməni hərbi əsirlərin iddia olunduğuna görə Azərbaycan qüvvələri tərəfindəın edam edilməsi hərbi cinayətdir və məsuliyyət tələb edir”.

Human Rights Watch beynəlxalq insan haqları təşkilatının 14 oktyabr tarixli açıqlamasında belə deyilir.

Təşkilat bildirir ki, belə bir nəticəyə oktyabrın əvvəllərində sosial mediada yayılmış videoların təhlili əsasında gəlib.

Human Rights Watch bildirir ki, Azərbaycan hakimiyyəti bu videolarla bağlı təhqiqata başlamalıdır.

Təşkilatın məlumatında bildirilir ki, oktyabrın 2-də Azərbaycanın Baş Prokurorluğu hərbi prokurorluğun bu videolarla bağlı “hərtərəfli istintaqa” başladığını bəyan edib.

Bu da qeyd olunur ki, Baş Prokurorluq videodakı şəxslərin müəyyənləşdirlməsi üçün təhqiqat aparır.

Human Rights Watch bildirir ki, 40 saniyəlik videonu müxtəlif metodlarla təhlil edib.

Təşkilat bildirir ki, sosial medialarda yayılmış videoda azərbaycanlı olduqları güman edilən azı 15 əsgərin Ermənistan silahlı qüvvələrinin formasında olan 8 nəfəri dövrəyə aldıqları görünür.

Əsirlərlə davranış: Azərbaycanla Ermənistan bir-birlərini hərbi cinayətdə günahlandırırlar
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

“Vurma!” sədası

Məlumatda deyilir ki, videonun 19-cu saniyəsində əsgərlərdən birinin yerdə oturan silahsız əsgərlərə atəş açdığı görünür. Bu vaxt Azərbaycan dilində kiminsə “vurma” deməsi eşidilir.

Human Rights Watch bildirir ki, peyk təsvirləməsi hadisənin Böyük və Kiçik İşıqlı dağlarının arasında sentyabrın 12-də baş verdiyini göstərir.

Sentyabrın 13-də Azərbaycan-Ermənistan sərhədində olan bu ərazidə döyüşlərin getdiyi xəbər verilmişdi.

Human Rights Watch xatırladır ki, beynəlxalq humanitar qanun hərbi əsirlərlə bütün şəraitlərdə insancasına davranış tələb edir.

Bu da qeyd olunur ki, Azərbaycan hərbi əsirlərlə bağlı müvafiq Cenevrə Konvensiyasının imzaçılarından biridir.

Azərbaycan Baş Prokurorluğu bildirmişdi ki...

Azərbaycan Baş Prokurorluğu Ermənistan hərbçilərinin güllələndiyi bildirilən və işgəncə görüntülərinin yer aldığı videoları araşdırdığını deyir.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov oktyabrın 6-da keçirilən brifinqdə bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış həmin videolar təhlil edilib:

"Bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb".

Xankəndindəki etirazçılar: 'Araik Arutunyana etibar etmirik'
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Onun sözlərinə görə, iki Azərbaycan hərbiçisinin Zəngilanda öldürülmüş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətləri ilə bağlı istintaqı aparılıb. Habelə, iki hərbçinin Xocavəndin Mədətli kəndində ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərilərində təhqiredici hərəkətlər etmələri də istintaqın diqqətində olub:

"Dörd nəfər şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin şəxslər barədə istintaq tamamlanaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib, həmin şəxslər məhkəmə hökmləri ilə məhkum ediliblər".

Tədbirdə habelə deyilib ki, sentyabr hadisələrində Ermənistan hərbçilərinin işgəncələrlə öldürdüyü və görüntüləri yayılan altı nəfər Azərbaycan vətəndaşının meyiti onlara təhvil verilib.

Ermənistanda kənd sakinləri itkin düşmüş əsgərə görə yolu bağlayıblar
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Xatırlatma

Bu il sentyabrın ortlarında Azərbaycan-Ermənistan sərhədində qanlı toqquşmalar baş verib.

Hərbi əməliyyatlar nəticəsində çox sayda əsgərin həlak olduğu xəbər verilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG