Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:33

Avropadan Ukraynaya yeni hərbi yardım, Rusiyaya yeni sanksiyalar


Aİ xarici işlər komissarı Josep Borrell
Aİ xarici işlər komissarı Josep Borrell

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ukraynaya 500 milyon avroluq yeni hərbi yardım paketi barədə razılığa gəliblər

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ukraynaya 500 milyon avroluq yeni hərbi yardım paketi barədə razılığa gəliblər.

Həmin iclasda Aİ xarici işlər komissarı Josep Borrell üzv ölkələri Rusiyaya qarşı sanksiyaları yumşaltmamağa çağırıb.

Rusiya Ukraynaya hərbi müdaxilə edəndən bəri Avropa İttifaqı ümumilikdə Kiyevə 2.5 milyard avroluq dəstək verib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bu yardım paketinə görə Avropa İttifaqına təşəkkürünü bildirib, amma onun ölkəsinə daha çox yardım göstərilməsinə çağırıb.

O iyulun 18-də keçirilən iclasda deyib ki, “Ukrayna üçün silahlar, Rusiyaya qarşı sanksiyalar və ondan cavabdehlik tələb olunması - sülhün bərqərar edilməsinin, təhlükəsizliyin gücləndirilməsinin və Avropada sabitliyin qorunmasının üç əsas yoludur”.

Litvanın xarici işlər naziri Qabriyelius Landsbergis bildirib ki, Ukraynaya silahların verilməsi davam etdirilməli, eyni zamanda Odessa limanından taxıl ixracatı üçün şərait yaradılmalıdır.

Borrell sanksiyalara qarşı çıxanları kəskin tənqid edib

Josep Borrell təsdiqləyib ki, Ukraynanın daha çox silaha ehtiyacı var. O bildirib ki, bu məsələdə Avropa İttifaqı həmrəydir və geriyə çəkilmək fikri yoxdur.

Mətbuat konfransında danışan Borrell sanksiyaların əks-nəticə verdiyinə və Rusiyadan daha çox Avropa İttifaqına ziyan vurmasına dair iddiaları qətiyyətlə rədd edib:

"Bəzi Avropa liderləri deyirlər ki, sanksiyalar yanlış, səhv addım olub. Sanskiyaların səmərəliliyi barədə böyük bir debat gedir. Sanksiyalar Rusiyadan çox bizəmi ziyan vurur? Bunu deyənlərin gözləri yoxdur? Onlar göstəricilərə fikir vermirlər? Rəqəmlərə baxmırlar?”

Müşahidəçilər bildirirlər ki, Borrell ad çəkməsə də Rusiyaya münasibətdə yumşaq mövqe tutan Macarıstan baş naziri Viktor Orbana işarə edib.

O ötən həftə demişdi ki, Aİ Rusiyaya qarşı sanksiyalar irəli sürməklə özünü ayağından yox, ağ ciyərlərindən vurub.

Rusiya qızılına qadağan

Avropanın Rusiyaya qarşı sanksiyaları arasında Rusiya neftinə qismən embarqo, Rusiyanın mərkəzi bankı ilə tranşlara qadağan və Rusiyaya yeni investisiyaların dayandırılması daxildir.

Lakin Borrell Avropa ölkələrini ruhdan düşməməyə çağırıb.

O bəyan edib ki, Aİ ölkələri Rusiyaya qarşı sanksiyalara səs veriblər və bu sanksiyalara tam əməl olunmalıdır.

Borrell elan edib ki, Aİ Rusiya üzərinə sanksiyaların 7-ci paketi üzərində işləyir və bura Rusiyadan qızıl idxalına qadağan da daxildir.

Qızıl, enerjidən sonra Rusiyaya ən çox gəlir gətirən ikinci böyük sahədir.

Ötən ay Böyük yeddilərin G7 qrupu Rusiya qızılına qadağan barədə razılaşma əldə edib.

Qrup üzvləri bildiriblər ki, Rusiya sanksiyaların təsirini azalmaq üçün öz qızılı ilə valyutasının məzənnəsini saxlayır.

XS
SM
MD
LG