Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:43

Rusiya diplomatlarının Avropadan kütləvi qovulması davam edir


Josep Borrell
Josep Borrell

Almaniya və Fransa baş verənlərə Rusiyanın onlarla diplomatını qovmaqla reaksiya verib, onların casus olduğunu bildirir

Avropa İttifaqı Rusiyanın 19 diplomatını “onların diplomatik statuslarına uyğun olmayan fəaliyyətinə” görə persona non grata elan edib.

Rusiya diplomatları ittifaqın əsas strukturlarının yerləşdiyi Belçika ərazisini qısa müddətdə tərk etməlidirlər.

Söhbət Rusiyanın Avropa İttifaqı yanındakı daimi nümayəndəliyinin əməkdaşlarından gedir.

Bu da xəbər verilir ki, sözü gedən diplomatların ittifaq ərazisindən çıxarılmasına dair qərarı Aİ-nin xarici işlər komissarı Josep Borrel verib.

Bundan əvvəl Rusiya diplomatlarının ölkələrindən çıxarılmasına dair oxşar qərarı Fransa, Niderland, İsveç, Belçika və İspaniya qəbul etmişdilər.

Bu ölkələr Rusiya diplomatlarını casusluqda ittiham edirlər.

Latviya XİN aprelin 5-də Rusiyanın Dauqavpils və Liepaedəki konsulluqlarının bağlanmasına göstəriş verib.

Aprelin 5-də eləcə də Sloveniya Rusiyanın ölkədəki diplomatik missiyasının sayca ixtisarını tələb edib.

Rusiyanın 14 diplomatını persona non grata elan edən Estoniya Rusiyanın Tartudakı konsulluğunu bağlayıb.

Rusiyadan kömür idxalına qadağa təklif edilir

Buçanın meri Anatoli Fedoruk 300-dək dinc sakinin “Ukraynanın müqavimətinə görə intiqam” məqsədilə qətlə yetirildiyini deyib.

Avropa İttifaqının (Aİ) icraedici qanadı aprelin 5-də Rusiyadan kömür idxalına qadağa təklif edib. Qəbul edilərsə, bu, Rusiyanın gəlirli enerji sənayesinə ilk sanksiya ola bilər. Aİ Rusiyadan ildə 4.5 milyard dollarlıq kömür idxal edir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib ki, blok Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmalıdır. Der Leyen Kiyev ətrafında törədilənləri “mənfur cinayətlər” adlandırıb.

O, Rusiyadan neft idxalının da hədəfə alına biləcəyini deyib. Amma blokun 27 üzvündən bəziləri Rusiyanın enerji təchizatından daha çox asılıdır.

Avropanın bəzi ölkələri Rusiyadan onlarla diplomatı qovur. Danimarka, İsveç, İtaliya və İspaniya aprelin 5-də bildiriblər ki, diplomatların persona non qrata elan olunması haqda Moskvanı xəbərdar ediblər.

Son iki gündə Avropa ölkələri Rusiyanın 150-dək səfirlik işçisini qovublar. Rusiya fevralın 24-də Ukraynaya səbəbsiz təcavüzə başlayandan qovulan diplomatların sayı 250-dən çoxdur.

Aİ diplomatları Kiyevə gedir

Avropa İttifaqının (Aİ) iki aparıcı diplomati “bu həftə” Kiyevə səfər edəcək. Blok Rusiyanın səbəbsiz işğalına qarşı Ukraynaya dəstəyini nümayiş etdirmək istəyir.

Avropa Komissiyasının sözçüsü Erik Mamer aprelin 5-də tvitində yazıb ki, komissiyanın prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət rəhbəri Jozep Borrel aprelin 9-da Polşada tədbir öncəsi bu səfəri gerçəkləşdirəcəklər. Varşavada keçiriləcək tədbir “Ukraynanı Müdafiə Et” adlanır.

Ötən həftə Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ukraynada olub.

***

Ukrayna Prezidenti Volodimir Zelenski deyir ki, müharibəni bitirmək üçün Rusiyayla danışmaqdan “başqa seçim” yoxdur, hətta Rusiya qüvvələrinin mülki vətəndaşlara qarşı vəhşilik törətməsinin bunu çətinləşdirməsinə baxmayaraq.

Dövlət televiziyasının yayımladığı müsahibədə Zelenski ukraynalı jurnalistlərə deyib ki, Buçada baş verənləri “unutmaq olmaz”, “hamımız, o cümlədən də mən danışıqlar ehtimalını çağırış kimi görürük”.

“Bu, daxili çağırışdır, hər şeydən öncə hərənin özünə aid, insani çağırışdır. Sonradan özünü ələ alanda və bunu etməyə vadar olanda, məncə, başqa seçim qalmır”, – prezident sözlərinə əlavə edib.

Danışıqlar gözlənir

Rusiya və Ukrayna təmsilçilərini aprelin 5-də videoəlaqə vasitəsilə danışıqları davam etdirəcəyi gözlənir.

Zelenskinin sözlərinə görə, Ukrayna özü üçün digər ölkələrin təhlükəsizlik qarantiyası verəcəyi rəsmi neytral dövlət statusu təklif edib.

O, bugünkü müsahibəsində deyib ki, Ukrayna hələlik, təhlükəsizlik qarantiyası verməyə hazır ölkələrin yekun siyahısını hazırlamayıb, danışıqlar davam edir.

“Müxtəlif ölkələr müxtəlif şeylərə zəmanət verməyə hazırdırlar”, – o söyləyib.

“İndiyədək bizə 100 faiz qoşulmağa hazır ölkələrin siyahısını almamışıq. Bizə ciddi oyunçular lazımdır. Bizə 24 saat içində gərəkən silahları verməyə hazır ölkələr lazımdır. Bizə sanksiyaların öncədən hazırlanması lazımdır və Rusiya Federasiyasından təhdid hiss etdiyimiz saniyədə bu ölkələr birləşməli və lazım olan hər şeyi dərhal təqdim etməlidirlər”, – Zelenski bildirib.

Rusiyaya qarşı daha sərt sanksiyalar gəlir
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Zelenski BMT-də Rusiyanın hərbi cinayətlərindən danışacaq

Aprelin 5-də Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Təhlükəsizlik Şurasında çıxış edəcək. Onun Buça şəhərindəki “hərbi cinayətlər” və “soyqırım”a görə Rusiyaya sərt sanksiyalar tələb edəcəyi gözlənir. Bu ifadələri Zelenski dünən paytaxt Kiyev yaxınlığındakı Buçaya səfər zamanı işlədib.

Ukrayna rəsmiləri Rusiya əsgərləri çəkiləndən sonra orada dinc sakinlərin meyitlərinin aşkarlandığını, çoxunun həyətlərdə, küçələrdə, evlərdə qətlə yetirildiyini deyirlər.

Yerə səpələnmiş, bəzilərinin əli arxada bağlı olan meyit fotoları dünyanın Rusiyanı qınamasına səbəb olub.

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin hərbi cinayətlərə görə mühakimə etməyə çağırıb.

“Bu adam qəddardır... Buçada baş verənlər hiddət doğurur”, – Bayden aprelin 4-də deyib.

Reaksiyalar

Almaniya və Fransa baş verənlərə Rusiyanın onlarla diplomatını qovmaqla reaksiya verib, onların casus olduğunu bildirir. Avropa İttifaqı isə iddia olunan vəhşiliklər fonunda Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etməyə başlayıb.

Moskva qətllərlə bağlı iddiaları rədd edir. Kremlin bir sıra rəsmiləri deyilənləri Rusiyanı nüfuzdan salmaq məqsədi güdən “provokasiya” adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, “Ukraynanın provokasiyaları”nı müzakirə etməkdən ötrü BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini xahiş edib.

“Maxar Technologies” şirkətinin martın ortasında çəkdiyi peyk təsvirlərində isə Buça küçələrində meyitlər görünür. Bu isə meyitlərin Rusiya qüvvələri şəhərdən martın 30-dan çıxandan sonra peyda olmasıyla bağlı iddiaları təkzib edir.

XS
SM
MD
LG