Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:42

Azərbaycan silahı əsasən İsraildən alır


Azərbaycanda hərbi parad, 10 dekabr, 2020-ci il
Azərbaycanda hərbi parad, 10 dekabr, 2020-ci il

ABŞ-dan silah transferinin 43 faizi Yaxın Şərqə gedir. Səudiyyə Ərəbistanına silah göndərişi 106 faiz artıb

Azərbaycan 2017-2021-ci illərdə silah idxalına görə dünyada 37-ci yeri tutub və silahı əsasən İsraildən (61%), Rusiyadan (22%) və Belarusdan (6,6%) alıb. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) martın 14-də beynəlxalq silah transferləri haqda hesabatını açıqlayıb.

Hesabata görə, 2012-2016-cı və 2017-2021-ci illərdə beynəlxalq silah ticarətində cüzi azalma (-4.6 faiz) qeydə alınıb.

ABŞ

Amma Birləşmiş Ştatlar və Fransanın silah ixracı, Avropa (+19 faiz), Şərqi Asiya (+20 faiz) və Okeaniyanın (+59 faiz) idxalı isə ciddi şəkildə artıb. Yaxın Şərqə transferlərin həcmi yüksək olaraq qalır. Afrika və Amerikaya transfer isə azalıb.

Birləşmiş Ştatların silah ixracı 14 faiz artaraq bu ölkənin 2017-21-ci illərdə qlobal payını 39 faizə çatdırıb. 2012-2016-cı illərdə həmin göstərici 32 faiz idi. Həmin dövrdə ABŞ-dan silah ixracı Rusiyadan 108 faiz çox olub.

ABŞ-dan silah transferinin 43 faizi Yaxın Şərqə gedir. Səudiyyə Ərəbistanına silah göndərişi 106 faiz artıb.

Rusiya, Fransa

2017-21-ci illərdə silah ixracının 19 faizi Rusiyaya məxsusdur. Amma bu ölkənin silah ixracı 2012-16-cı illərlə müqayisədə 2017-21-ci illərdə 26 faiz azalıb. Bu, əsasən iki ölkəyə – Hindistan və Vyetnama silah göndərişinin azalması ilə əlaqədardır. Amma növbəti illərdə Rusiyadan Hindistana böyük silah göndərişləri gözlənir.

Fransa 11 faizlə dünyada silah ixracında görə üçüncü yerdədir. 2012-16 və 2017-21-ci illər arası Fransa silah ixracını 59 faiz artırıb.

Çin silah ixracına görə dördüncü, Almaniya isə beşinci yerdədir. Çindən silah ixracı 31, Almaniyadan isə 19 faiz azalıb.

2012-16 və 2017-21-ci illərdə üç regionda silah idxalında ümumi azalma qeydə alınıb: Amerikalar (-36 faiz), Afrika (-34 faiz), Asiya və Okeaniya (-4.7 faiz).

İsrailin silah idxalı 2012-16 və 2017-21-ci illər ərzində 19 faiz artıb.

XS
SM
MD
LG