Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:43

Qərb təlaş içində. Ukrayna: 'Şişirtməyin'


Ukraynada qadın hərbi təlim zamanı
Ukraynada qadın hərbi təlim zamanı

Prezident Zelenski də açıq bəyanatlarında “sakitliyi qoruyun , işinizdə olun” mesajını verir

Vaşinqton və Qərbdəki digər hökumətlər Ukrayna böhranıyla bağlı təlaş içindədir. "Hücum gözlənir" – onların mesajı belədir.

Prezident Volodimir Zelenski daxil Ukrayna rəsmiləri isə fərqli mesaj verirlər: "Panika yaratmayın, şişirtməyin".

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Mayk Ekel Ukrayna sərhədində baş verənlərlə bağlı, əslində, fikir ayrılığı olmadığını yazır. Rusiya sərhədə azı 60 batalyon-taktiki qrup, 100 mindən çox əsgər yığıb.

Siyasi qərar

“Bu, prezident idarəsində verilmiş siyasi qərardır: Panika yaratmayın”, – istefada olan donanma kapitanı, Ukrayna donanması baş qərar rəisinin keçmiş müavini Andrey Rijenko deyir.

“Səbəb nədir? Ukrayna siyasətçiləri bunun eskalasiya olduğunu, təhdidin mövcudluğunu etiraf etsələr, iqtisadi investorlar pullarını geri çəkər, qrivna dəyərdən düşər. Bunu artıq görürük, Ukraynadan pul çıxarırlar”, – o, radioya bildirib.

“Ukraynada da amerikalılarda, Qərbdə olan eyni informasiya var. Söhbət onu necə yozmaqdan gedir. Rəhbərliyimiz əhalinin panikaya düşməsini istəmir”, – adının Viktor kimi qeyd olunmasını istəyən ukraynalı keçmiş kəşfiyyatçı deyib.

Rusiyanın sərhədə qoşun yığmasının açıq sirri olmasının bir əsas səbəbi informasiya mənbələrinin çoxluğudur. Fotolar, videolar, təlim qrafikləri daha keçmişdəki kimi gizli kəşfiyyat məlumatı sayılmır. Digər tərəfdən, Ukraynanın ən böyük silah və hərbi avadanlıq təchizatçısı olan Birləşmiş Ştatlar da öz kəşfiyyat məlumatlarını Kiyevlə, Avropa və NATO müttəfiqləri ilə paylaşır.

Fikir ayrılığı

Amma son həftələr Rusiyayla bağlı ən ciddi həyəcan siqnalları Vaşinqtondan gəlir. Ağ evin sözçüsü Jen Psaki yanvarın 25-də deyirdi ki, “biz hücumun gözlənildiyini deyiriksə, deməli gözlənilir”.

Amma Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasını katibi Oleksey Danilov iki gün öncə səslənən təlaşla razılaşmadığını dilə gətirib.

“Bunu digər tərəfdaşlar niyə edirlər? Bununla bağlı suallar var. Bütün ölkələrə böyük hörmətimiz var. Köməklərinə görə onlara minnətdarıq. Amma bir şey yoxdursa, onun olduğunu demək vacib deyil”, – Danilov BBC-nin Ukrayna xidmətinə deyib.

Prezidentin bəyanatları

Prezident Zelenski də açıq bəyanatlarında “sakitliyi qoruyun , işinizdə olun” mesajını verir.

“Çəhrayı eynəklər, uşaq illüziyaları mövcud deyil, hər şey sadə deyil… Amma ümid var. Bədəninizi virusdan, beyninizi yalanlardan, ürəyinizi panikadan qoruyun”, – o yanvarın 25-də videomüraciətində deyib.

Bu bəyanatdan iki gün öncə isə ABŞ Dövlət Departamenti bəzi diplomatik heyətin, onların ailə üzvlərinin Kiyevdən çıxarılacağını elan etdi, ABŞ vətəndaşlarını Ukraynanı daha tez tərk etməyə çağırdı.

Prezident Zelenski yanvarın 19-da hər şeyin nəzarət altında olduğunu deyirdi. Onun təmsilçisi məsələ ilə bağlı əlavə şərh verməyib.

Danilov isə BBC-yə müsahibəsində strategiyalarına eyham vurub.

“Bunu vurğulayır, tərəfdaşlarımıza da deyirik ki, iqtisadiyyatımızın çökməsinə imkan verə bilmərik. Bu məsələdə də kömək lazımdır. Adamlar panikaya düşsələr, ölkə üçün çox təhlükəli vəziyyət yaranar”, – Danilov vurğulayıb.

Putinin özünə qarşı da sanksiyalar qoyula bilər
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Alış-veriş təlaşı yoxdur

Bu bəyanatların nə dərəcədə effektli olduğu bəlli deyil. Ukrayna qrivnası son üç ayda 5 faizdən çox ucuzlaşıb, yanvarın 26-da isə son dörd ildə ən aşağı həddə düşüb.

Amma Kiyevdə ərzaq və digər mağazalarda alış-veriş təlaşı hiss olunmur. Benzin bahalanıb, dekabra nisbətən 10 faizədək artım olduğu, amma bunun da valyuta məzənnəsindəki tərəddüdlə bağlı ola biləcəyi bildirilir. Ukrayna benzini və nəqliyyat yanacağını əsasən Rusiyadan idxal edir.

Qərblə Kiyevin bəyanatlarında fərq ABŞ kəşfiyyatının daha müasir olması ilə də izah oluna bilər. ABŞ peykləri yerdə 10 santimetrdən də aşağı məsafəni çəkə bilir, bu isə təhlilçiyə əsgərin sinəsindəki adı da oxumağa imkan verir.

Müqayisə üçün, Ukraynanın bir neçə həftə öncə işə salınmış kəşfiyyat peykinin 8 metrədək məsafəni dəqiq çəkdiyi deyilir.

Kazus belli

Birləşmiş Ştatlardan daha həyəcanlı xəbərdarlıqların bir səbəbi də hesablanmış strategiya ola bilər, Kiyev Dövlət Administrasiya Məktəbinin direktoru Viktor Andrusiv deyir.

“Amerikalılar əslində rusiyalıların kazus bellisinə (müharibə bəhanəsi) zərbə vururlar. Onlar bu isteriyanı yaratmaqla, ‘müharibə olacaq, müharibə olacaq, müharibə olacaq’ deməklə rusiyalılara müharibə provokasiyası üçün bəhanə vermirlər”, – o söyləyir.

“Yəni, Rusiya təcavüzkar kimi tanınacaq, bu bir strategiyadır, rusiyalılar işğal üçün nəsə eləsələr, bunu təsdiqləmiş olacaqlar. Bununla müharibənin başlanmasının qarşısı yaxşı yolla alınır”, – o vurğulayıb.

Amma Andrusiv bu strategiyanın əks təsiri kimi iqtisadiyyata ziyan dəydiyini, “iqtisadi isteriya” yarandığını, qrivnanın dollara qarşı 100 həddinədək düşdüyünü deyir.

“Onda rusiyalıların Ukraynanı işğal etməsinə ehtiyac qalmayacaq, iqtisadiyyat çökəcək, böyük iğtişaşlarımız olacaq”, – təhlilçi bildirir.

XS
SM
MD
LG