Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:37

Avropa İttifaqı Rusiya və Çini ‘vaksin dezinformasiyasında’ ittiham edir


Avropa İttifaqı bildirir ki, Çin və Rusiya Qərbdə hazırlanmış vaksinlərin gözdən salınması və öz vaksinlərinin təbliğatı məqsədilə “dövlət tərəfindən həyata keçirilən dezinformasiya kampaniyasını” intensivləşdiriblər.

Avropa İttifaqı Xarici Fəaliyyət idarəsinin aprelin 28-də açıqladığı hesabatda deyilir ki, Moskva və Pekin “üzdəniraq vaksin diplomatiyasından” Qərbdə hazırlanmış vaksinlərə, Avropa İttifaqı təsisatlarına və Qərb-Avropa vaksin strategiyalarına inamı sarsıtmaq üçün istifadə edirlər.

Hesabatda qeyd olunur ki, Rusiya mediası bir tərəfdən ölkənin Sputnik V vaksinini təbliğ edir, digər tərəfdən isə Avropa İttifaqının Rusiya preparatına ögey münasibətini pisləyir.

Sənəddə vurğulanır ki, bu kampaniyanın bir məqsədi də Avropa Tibb Agentliyinin (EMA) sıralarına ixtilaf toxumu səpməkdir.

“Siyasi qərəz” ittihamı

Rusiyanın dövlət mediası bildirir ki, guya Avropa İttifaqında Sputnik V vaksininə qərəzli münasibət nümayiş etdirilir.

Hesabtda deyilir:

“Kremlyönlü media EMA-nı və Avropa İttifaqını Rusiyada hazırlanmış vaksinə qarşı siyasi qərəzdə ittiham edir”.

Bu arada Çin öz vaksinlərini Qərbi Balkan ölkələri də daxil “inkişaf etməkdə olan ölkələr üçün daha münasib” preparat kimi təqdim edir və eyni zamanda Qərbdə hazırlanmış vaksinlər haqqında və hətta koronavirusun mənşəyi barədə “çaşdırıcı” məlumatlar yayır.

Koronavirus ölkədə boşanmaların da sayını artırıb
Gözlə

No media source currently available

0:00 0:14:09 0:00

Avropa İttifaqının üzvü olan Macarıstan blokun xilafına gedərək Rusiya və Çin vaksinlərindən istifadə edir, Avstriya və Almaniya isə Sputnik V vaksininin alınması üçün danışıqlarda olduqlarını bildirirlər.

Sputnik V vaksinini Avropada istifadə üçün təsdiqləməli olan EMA preparat barəsində ilkin qiymətləndirməsini açıqlayıb.

Əgər EMA-dan təsdiq alarsa Sputnik V Avropa İttifaqı ərazisində istifadəsinə icazə verilən ilk qeyri-Avropa vaskini olacaq.

Ötən ay Avropa İttifaqının üzvü Slovakiyada Sputnik V vaksinin 2 milyon dozasının alınması üçün məxfi danışıqlar aparan baş nazirin hökuməti iflasa uğrayıb.

XS
SM
MD
LG