Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:42

Azərbaycan-Ermənistan sərhədində yenidən atəş səsləri...


Qarabağdan yeni reportaj: Ermənilər deyirlər ki...
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

Qarabağdan yeni reportaj: Ermənilər deyirlər ki...

Ermənistan tərəfindən bu ölkənin Azərbaycanla dövlət sərhədində təxribatlar törədildiyi bildirilir.

Bu barədə bu gün, aprelin 22-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, bu, Ermənistanın baş naziri Nikol Paşinyanın aprelın 21-də öz ölkəsində sərhədyanı bölgəyə səfərindən sonra baş verib: "Həmin gün axşam saatlarında ... Zəngilan rayonunun (Azərbaycanın) Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulmuşdur".

"Təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını..."

Açıqlamaya görə, hadisə ilə bağlı Rusiya sərhədçiləri Azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirmişlər: "Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilmiş və cavab atəşi açılmamışdır. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilmişdir. Eyni zamanda, həmin gün Qubadlı (Azərbaycan) rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndirmişlər".

Ermənistan Azərbaycandan yan keçən Gorus-Qafan yolu çəkir
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Dövlət Sərhəd Xidməti bildirir ki, bu cür halları gələcəkdə bir daha təkrarlandığı halda cavab tədbirləri görüləcək.

+++

AzadlıqRadiosunun erməni xidməti isə Dağlıq Qarabağdakı tanınmayan separatçı qurumun Azərbaycanın "təxribatçı və aqressiv" hərəkətlərini kəskin pislədiyini xəbər verir.

Məlumatda iddia olunur ki, Azərbaycanın silahlı qüvvələri aprelin 20-də Xankəndi, eləcə də Əsgəran rayonunun Şoş və Mxitaraşen məntəqələri istiqamətində atəş açıblar. Xankəndində yaşayış evinin damının atəş nəticəsində zədələndiyi bildirilir.

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı deyilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG