Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:26

Asif Yusifli və başqa cəbhəçi həbs edilib


Asif Yusifli, 25 noyabr 2019
Asif Yusifli, 25 noyabr 2019

İyulun 18-də Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Seymur Əhmədzadə barəsində 2 ay 28 gün müddətinə həbs qətimkan tədbirinin seçildiyi bildirilir.

Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə isə AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ döyüşlərində əlil olan Asif Yusifli barəsində də elə o müddət qədər həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıldığı deyilir.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat verilib. AXCP üzvləri iyulun 16-da saxlanıblar. Onların 14-15 iyulda Milli Məclisin qarşısında baş vermiş hadisələrində iştirak etdiyi iddia olunur. Məlumata görə, onlar Cinayət Məcəlləsinin 186.2.1-ci (Əmlaкı qəsdən məhv etmə və ya zədələmə, zərərçəкmiş şəxsə кülli miqdarda ziyan vurmaqla törədildiкdə), 233-cü (İctimai qaydanın pozulasına səbəb olan hərəкətləri təşкil etmə ) və 315-ci (Haкimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə günahlandırılırlar. Partiyadan qeyd ediblər ki, Əhmədzadə və Yusifli ittihamlrı qəbul etmirlər və özlərini günahsız hesab edirlər.

Bu açıqlamaya, hələlik, məhkəmə və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Asif Yusifli əvvəldə həbsdə olub

Qarabağ savaşında əlil olan Asif Yusifli bundan əvvəl də həbsdə olub. O, 2014-cü il noyabrın 25-də həbs edilib, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirləndirilib və 7 il azadlıqdan məhrum edilib. 2016-cı ilin mayında Ali Məhkəmə Asif Yusiflinin həbs müddətini 1,5 il azaldıb.Asif Yusifli ittihamı qəbul etməyib və həbsdə saxlanmasını sifariş sayıb.

İyulun 14-də baş verənlər…

Bakıda orduya dəstək aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərin yaydığı məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar. Hüquq müdafiəçiləri bu hadisələrla bağlı ümumilikdə 70-ə yaxın şəxsin saxlandığını ehtimal edirlər.Sonradan saxlananlardan bəziləri sərbəst buraxılıb. İyulun 15-də prezident İlham Əliyev də özünün sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında da bu məsələyə toxunmuşdu. O, bunları demişdi: "Mənə verilən məlumata görə, dünən (iyulun 14-də) bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar…". AXCP isə bəyanat yayaraq prezidentin bu dediklərini təkzib edib.

Xatırlatma

Son günlər Azərbaycan və Ermənistan sərhəddində döyüşlərin getdiki açıqlanıb. Tərəflər buna görə, bir-birləırini ittiham ediblər. Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb. Ermənistan tərəfi də bəzi hərbçisinin ölməsi haqda məlumat yayıb.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

XS
SM
MD
LG