Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:19

İcra hakimiyyətlərinin səlahiyyəti çox olmalıdır yoxsa bələdiyyələrin? 


Fazil Mustafa, arxiv foto
Fazil Mustafa, arxiv foto

Dekabrın 19-da Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin, müavini Ramiz TatarovunYevlax şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Qoca Səmədov-un həbsi bütünlükdə ölkədə icra hakimiyyətləri ilə bağlı müzakirələrə səbəb olub.Onlar mənimsəmə və başqa oxşar əməllərdə ittiham edilirlər.

Bəzi ekspertlərə görə, icra hakimiyyətlərinin bir sıra səlahityyətləri alınmalı, onlar bələdiyyələrə verilməlidir.Onlar habelə, düşünürlər ki, Azərbaycanda bu qədə çox rayona ( hazırda Bakının rayonları da daxil 80 civarında rayon var) ehtiyac yoxdur.Həmin təhlilçilərin fikrincə, bu rayonlar ləğv edilməli onların əvəzində 8-10 vilayət yaradılmalıdır.

Deputat Fazil Mustafa hesab edir ki, əslində ölkədə bütövlükdə bələdiyyələrin statuslarının yüksəldilməsi və bunun əvəzində icra hakimiyyətlərinin statusunun azaldılması əslində çoxluğun təklif kimi səsələndirilməkdədir.

“Yaxın zamanlarda bunun dəyişməsi gözlənilmir”

F.Mustafa vurğulayıb ki, bələdiyyələrin statuslarnın yüksəldiyi halda icra hakimiyyətlərinin də funksiyasına müəyyən aydınlıq gələ bilər:

“Bu halda onlar da funksiyalarını daha səmərəli şəkildə həyata keçirə bilərlər. Təsərrüfat xarakterli müəyyən məsələlər var ki, bunlar icra hakimiyyətlərinin funksiyasıdır, inzibati idarəetmə icra hakimiyyətlərinə aid ola bilər”.

F.Mustafa deyib ki, bu istiqamətdə təkliflər dəfələrlə səsləndirilib və bu yöndə müzakirələr olsa buna müsbət yanaşmaq mümkündür.

O, amma əlavə edib ki, bütün bunların baş vermiş həbslərlə hər hansı əlaqəsi yoxdur:

“Haqqnda danışdığımız məsələlərin həbslərlə əlaqəsi yoxdur. Həmin icra hakimiyyətləri strukturu qalır. Yaxın zamanlarda bunun dəyişməsi gözlənilmir”.

Bununla belə F. Mustafanın fikrincə, bələdiyyə seçkilərindən ( 2019-cu il dekabrın 23-ü) sonra ola bilər ki, bələdiyyələrin statuslarının qaldırılması istiqamətində konkret addmlar atılsın.

“Məqbul deyil”

Ölkədə rayonların ləğvi, bunun əvəzində daha böyük, amma az sayda vilayətlərin yaradılması haqqında təklifə gəlincə isə F.Mustafa bunu məqbul saymır:

“Bu yol məqbul yol deyil, bunun da öz səbəblri vardır. Çünki məqsədəuyğunluq baxımlndan müəyyən probemlərə, zərərli tendensiyalara səbəb ola bilər. Təbii ki, burada sturkturlarda ixtisarlar olacaq, əhalinin yükü bir az yüngülləşəcək”.

F.Mustafa vurğulayıb ki, ölkənin inzibati-siyasi coğrafiyasının dəyişməsi indki şəraitə uyğun deyil.

Deputat bunu ölkənin müəyyən hissəsinin işğalda olması faktı ilə əsaslandırır: “Çünki, işğal altında olan ərazilərimiz var. Biz onları rayon olaraq dünyaya indiki adları ilə təqdim edirik. Bu baxmdan adların dəyişdirilməsi indiki halda effektli ola bilməz.”

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi başlayıb.1994-cü ildə tərəflər arasında atəşkəs sazişi əldə edilənə kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitşik 7 rayonu ( bütünlükdə ərazisinin 20 faizə yaxını) işğal edilib.

Bu münaqişə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə tənzimlənir.

XS
SM
MD
LG