Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:02

İZ-Anons-Şahzadə Fərhad Mirzə Həsən bəy Zərdabiyə dedi ki…


Fərhad Mirzə Qacar
Fərhad Mirzə Qacar

(Söhbət 1875-76-ci illərdə Məkkə ziyarətinə gedərkən Azərbaycandan keçən şahzadə Fərhad Mirzə Qacardan gedir)

AMEA-nın M. Füzuli adınaƏlyazmalar İnstitutunda Fərhad Mirzə Qacarın “Səfərnamə” əsəri tam halda Azərbaycan dilinə çevrilib.

Kitab Qacarlar sülaləsinin ziyalı şahzadəsi, Abbas Mirzə Naibüssəltənənin oğlu Fərhad Mirzə Mötəmədüddövlənin 1875-76-cı illərdə gerçəkləşmiş Məkkə ziyarətinə həsr olunub.

Şahzadə Məkkəyə gedişdə və dönüşdə Azərbaycanda da olub.

-“Səfərnamə” necə yaranıb?

-Fərhad MirzəninAzərbaycan sevgisi nədən qaynaqlanıb?

-Fərhad Mirzəsəfər ərzində şimali Azərbaycan əyalətlərini necə gəzib dolaşıb?

-Gəncədə Nizaminin məqbərəsinə niyə yaxın düşə bilməyib?

- Tiflisdə yeni əlifba haqqında düşüncələrini Mirzə Fətəli Axundovla necə bölüşüb?

-Mirzə Fətəli Axundovla Fərhad Mirzə Qacarı hansı qohumluq telləri bağlayıb?

-Bakıda “Böyük Əkinçi”-Həsən bəy Zərdabiylə qəzetin redaksiyasında görüşən şahzadə ondan nələri soruşub?

-Türkiyədə Sultan Əbdüləziz İran şahzadəsini necə qarşılayıb?

-Və nəhayət, Fərhad Mirzənin Əlyazmalar İnstitunda daha hansı əsərləri qorunur?

Yarım saat boyunca verilişdə bu və bənzər suallara cavab aranacaq.

Verilişin bələdçisi “Səfərnamə”ni Azərbaycan türkcəsinə çevirən Əlyazmalar İnstitutunun əməkdaşı tarix üzrə elmlər doktoru Tahirə Həsənzadədir.

Aprelin 23-də saat 23-də tarixin daha bir maraqlı səhifəsi vərəqlənəcək.

Bu “İz”i itirməyin.

Xatırlatma: Şahzadə Məkkə səfərinə Tehrandan 1875-ci il sentyabrın 8-də çıxır. Özünün də yazdığı kimi, səfər 233 gün çəkir. Bu müddətin 117 günü dayandıqları yerlərdə, 116 günü isə quru və su yollarında keçir...Səfərin təxminən 1 ayı Şimali Azərbaycanda, 20 günü Gürcüstanda, 3 aydan çoxu Osmanlı ərazisində sürür. Fərhad Mirzə Bakıya 1875-ci ilin oktyabrında gəmiylə gəlir. Sonra Şamaxı-Ağsu-Göyçay-Ağdaş-Mingəçevirdən keçib Gəncəyə, iki gün qaldıqdan sonra Zəyəm, Şəmkir və Ağstafadan keçib Tiflisə yetişir. Bir həftə Tiflisdə görüşlər keçirir və Poti limanı vasitəsilə Batum, Trabzon və s. limanlardan keçərək noyabrın 2-də İstanbula təşrif buyurur. İstanbuldan İzmirə, oradan İsgəndəriyyəyə və Qahirəyə gəlir. Səyahət Süveyş kanalııyla Qırmızı dənizdə davam edir. Əvvəlcə Yənbəə limanına, sonra Ciddəyə çatır. Bundan sonra səyahətə dəvələrlə davam edilir... Fərhad Mirzə dekabrın 16-da Mədinəyə, yanvarın əvvəllərində Məkkəyə yetişir...Məkkədə ayinlərin icrası və bəzi görüşlər keçirir, daha sonra İsəndəriyyədən İstanbula geri dönür. Qara dəniz vasitəsiylə Potiyə, oradan Tiflisə, Zaqatalaya, Şəkiyə, daha sonra təzədən Bakıya gəlir. Bakıdan gəmiylə Salyana, sonra Lənkərana, nəhayət Ənzəliyə gəlib çatır. 1876-cu il martın 29-da Fərhad Mirzə Qacar Məkkə səfərini başa vurur.

IZ-Səfərnamə
Gözlə
Embed

No media source currently available

0:00 0:29:57 0:00
Direct-ə keçid

XS
SM
MD
LG