Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:10

Gilan-ın otellərində nə baş verir?


Kəmaləddin Heydərov, Fövqəladə Hallar naziri, 30 oktyabr 2010
Kəmaləddin Heydərov, Fövqəladə Hallar naziri, 30 oktyabr 2010

Bakıda, Qəbələdə və Lənkəranda 14 otel sahibi, Lənkəranda daha bir belə obyekt inşa edən «Gilan Holding» otellərini qruplaşdırdı.

Ölkənin nüfuzlu oliqarxlarından olan Heydərovlara məxsus «Gilan Holding» şirkətlər qrupu Azərbaycandakı mehmanxanalarını qruplaşdırmağı tamamlayıb. Azərbaycanda ən çox otel sahibi olan qrup onları ərazi yerləşməsinə görə çeşidləyib.

Yeni şirkətlər, yeni straregiya

Vergilər Nazirliyinin hazırladığı şirkətlər reyestrinə görə, «Gilan» şirkəti dekabrda «Gilan Hospitality-Qəbələ» MMC-ni, ötən həftə isə «Gilan Hospitality-Bakı» və «Gilan Hispitality-Lənkəran» MMC-ləri qurub. Bütün bu şirkətlərə bir nəfər - Elgün Məmməd oğlu Məmmədov rəhbərlik edir. O, həm də holdinqə daxil olan başqa bir neçə şirkətin («Gilan Hospitality Group» MMC, «Nobel Hospitality» MMC, «Tvins» MMC – Pullman Badamdar Hotel) də yönəldicisidir.

Buna da bax: Bə Vircin adaları?

«Gilan Holding» bu yaxınlarda «Nohurgöl Hotel» MMC yaradıb. Bu şirkətin də rəhbəri Elgün Məmmədovdur. Yeni şirkət Qəbələdəki Chenot Palace Health Wellness Hotel-in (https://goo.gl/5kMQpf) idarəetməsi ilə məşğuldur. Müalicə və istirahət məqsədilə, əcnəbilərin iştirakıyla qurulan, 72 nömrə və 3 villadan ibarət bu otel Nohurgölün sahilində tikilib.

Bakıda və Lənkərandakı çoxulduzlu otellər

«Gilan Holding»-in Bakıda 4 mehmanxanası (Qafqaz Baku City Hotel & Recidence, Qafqaz Park Hotel,Qafqaz Point Hotel, Pullman Badamdar Hotel) var. Onların toplam nömrə sayı 740-a çatır. 360 nömrəlik daha bir otel isə (Crescent Hotel) Xəzər sahilində tikilməkdədir. Onun ulduzlarının 6 olacağı deyilir.

«Gilan Holding» Lənkəranda 42 nömrəlik ilk otelini (Qafqaz Sahil Hotel) 2008-ci ildə istifadəyə verib. Hazırda burada daha bir otelin tikintisi davam etdirir. Fins.az saytı Lənkəran Turizm İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, inşasına 2015-ci ildə başlanan beşulduzlu mehmanxananın qonaqlarının ixtiyarına regionun ən böyük akvaparkı da veriləcək.

Buna da bax: Azərbaycanın məşhur holdinqləri hərəyə bir yeni şirkət qurub

Holdinqin ən böyük otel şəbəkəsi (Qəbələ Otel, Qafqaz Resort Otel, Qafqaz Riverside Resort Otel, Qafqaz Sport Otel, Qafqaz Yeddi Gözəl Otel, Gilan Otel, Yengicə İstisu Sağlamlıq Mərkəzi, Chenot Palace Health Wellness Hotel və «Tufandağ» Qış-Yay Turizm İstirahət Kompleksi) Qəbələ rayonundadır .

Gilan-ın xaricdəki otelləri

Holdinq Azərbaycanda istifadəyə verdiyi otellərə qoyduğu sərmayələr haqda bilgi verməsə də, ölkə xaricində sahibləndiyi və tikdiyi mehmanxanalara yatırımlarının məbləği bəllidir.

Riqadakı «Hotel de Rome» mehmanxanasını 2013-cü ildə 13,1 milyon avroya holdinqin törəmə şirkəti olan «Benkons» MMC satın alıb. Latviyadakı mənbələr yazır ki, 2015-ci ildə bu otelin dövriyyəsi (https://goo.gl/0uGWal ) 1 milyon 286 min avro, mənfəəti isə 14 min 156 avro olub.

Manat və dollar, 15 yanvar 2016
Manat və dollar, 15 yanvar 2016

Rusiyada isə iki otel tikintisi üzərində iş davam edir. Tuvanın paytaxtı Qızıl Orda şəhərində layihə dəyəri 50 milyon dollar olan 9 mərtəbəli 5 ulduzlu «Ene-Say» otelinin bu il istifadəyə veriləcəyi gözlənilir. Tatarıstanın paytaxtı Kazan şəhərində 21 mərtəbəli 4-ulduzlu otelin layihəsi təsdiqlənib. Yerli ekspertlərin dəyərləndirmələrinə görə, 2018-ci ildə istifadəyə veriləcək otel 20 milyon dollara başa gələcək. Hər iki otelin sərmayəçisi və tikintinin icraçısı «Benkons» MMC-nin Rusiya təmsilçiliyidir.

Holdinqin ana şirkəti Gilan MMC-dir (https://goo.gl/xRkqUz). Lakin vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi 1400130241olan bu şirkətin dövlət reyestr məlumatları ictimaiyyətdən gizli saxlanılır.

XS
SM
MD
LG