Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:42

Amal Clooney jurnalist Xədicə İsmayıldan danışdı


Amal Clooney və əri George Clooney 66-cı Berlinale Beynəlxalq Film Festivalında (Berlin), 11Feb2016
Amal Clooney və əri George Clooney 66-cı Berlinale Beynəlxalq Film Festivalında (Berlin), 11Feb2016

Tanınmış vəkil, Hollivud aktyoru George Clooney-nin xanımı Amal Clooney Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanın tanınmış jurnalisti, AzadlıqRadiosu-nun əməkdaşı Xədicə İsmayılı təmsil edir.

Xanım Clooney dünən – aprelin 25-də BBC-yə müsahibəsində Xədicə İsmayılın işinə və ABŞ-da prezident seçkilərinə dair düşüncələrini bölüşüb.

Amal Clooney: Ötən bir neçə ildə başqa jurnalistləri də məhkəmədə təmsil etdiyimdən, jurnalistlərlə bağlı bütün dünyadakı işlər barədə çox oxumuşam. Ancaq bu iş mənə gerçəkdən toxunub, çünki cəmi 39 yaşlı gənc və cəsur xanımdan söhbət gedir. O bu ölkədə jurnalist olmağın çətinliklərini bilirdi, axı bir həmkarı düz evinin önündə və ailəsinin yanındaca güllələnərək öldürülmüşdü… Xədicə bununla barışmaq istəmədiyindən, onu özümün ilham qaynağı sayıram.

Azərbaycan Avropa Şurasının üzvü ola-ola, Xədicənin həqiqəti deyə bilməsini istəmədiklərinə görə, onun dəmir barmaqlıqlar arxasında saxlanmasından çox qəzəbləndim. Ona necə yarım edəcəyimi düşündüm.

Sual: Üstəlik, prezident Washingtonda olub, administrasiya ilə görüşüb və razılıqla qarşılanıb (Azərbaycan prezidenti İlham Əliyev nəzərdə tutulur – red.). Washingtonun belə reaksiyasından hansı nəticəyə gəlirsiniz?

Amal Clooney: Yaxşı məqam odur ki, hökumətə diplomatik təzyiqin işə yarıya biləcəyini bilirik. Bilirik ki, ötən ay 147 məhbus azadlığa buraxılıb və onların arasında 10-dək siyasi məhbus olub. Xədicədən qisas almaq üçün onu siyahıya salmayıblar. Bəlkə də öz işini çox yaxşı gördüyünə görə.

Əfv fərmanı martın 18-də imzalanıb. Üstündən 2 həftə belə keçmədən prezident Əliyev artıq Obama-nın Əlini sıxıb və vitse-prezident Biden-lə görüşüb. Bu səbəbdən, düşünürəm ki, olub-bitəni müsbət addım saya bilərik. Onların həbsdən azad edilmələrinə sevinirəm. Ancaq burası var ki, Xədicə indi ölkədə qalan siyasi məhbuslar arasında ən görkəmlisidir və bunun belə davam edəcəyinə imkan vermək olmaz.

XS
SM
MD
LG