Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:56

Nənə nəvəsini dünyaya gətirib


►Gənc qadın uşaq dünyaya gətirə bilməyəndə, anası ona təklif verib...

Balaca Kelsi Makkissak çərşənbə axşamı doğulub. Ancaq onu anası yox, nənəsi dünyaya gətirib.

28-yaşlı Kelli Makkissak illərlə sonsuzluqdan əziyyət çəkib. Kelli ilə əri Aaron dəfələrlə süni mayalanmaya müraciət ediblər və üç dəfə hələ ana bətnində olan uşaqlarını itiriblər.

Hər altı cütlükdən biri Makkissak kimi sonsuzluqdan əziyyət çəkir. 54-yaşlı Treysi Tompson cütlüyə onların uşağının surroqat anası olmağı təklif edəndə onların artıq əvvəlki süni mayalanmadan dörd embrionları qalmışdı.

Embrionlardan biri 2015-ci ilin aprel ayında uğurla Tompsonun bətninə yeridilib. Plano Tibb Mərkəzindən bildiriblər ki, həmin vaxt qadının menopauzasından yeddi ay keçmiş olsa da, səhhəti əla imiş. Tompson bədənini uşağı daşımağa hazır vəziyyətə gətirmək üçün əvvəlcədən bir neçə tibbi müalicədən keçib.

"Mənim bunu qızım üçün edə bilməyim necə də böyük mükafatdır", - Tompson sevincini bölüşüb.

Xoşbəxt nənə üç kiloqram çəkisi olan qız nəvəsi Kelsi Makkissakı yanvarın 6-da Texasın Plano Tibb Mərkəzində dünyaya gətirib. Elə Kelsinin bu qeyri-adi adı da nənəsi Treysi və anası Kellinin adlarının qarışığıdır.

XS
SM
MD
LG