Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:33

Ekspertiza Rasimin ölümünün səbəbini açıqlamır


Rasim Əliyev.
Rasim Əliyev.

-

Jurnalist Rasim Əliyevin ölümünün səbəbləriylə bağlı məhkəmə-tibb ekspertizasının və Səhiyyə Nazirliyinin həkimlərin səhvinin araşdırılması ilə bağlı rəyləri gecikir.

İndiyə qədər istintaqın gedişi üçün vacib olan bu rəylərdən heç biri verilməyib. Buna görə də Rasim Əliyevin valideynləri və vəkili bu işi xüsusi nəzarətə götürən prezident İlham Əliyevə müraciət edəcək.

RƏYLƏR HAZIR OLMALI İDİ

Bunu AzadlıqRadiosuna Rasim Əliyevin vəkili Əshabəli Mustafayev deyib.

Vəkil deyir ki, hər iki rəyin verilməsinin gecikdirilməsi istintaqın işinə də təsir edir:

«Hadisənin üstündən 3 aya yaxın vaxt keçir. Bu müddətdə ekspertiza rəyləri hazır olmalı idi. Ancaq bilmirik nəyə görə gecikir. Bu rəylər olmadığından heç bir istintaq hərəkəti də aparılmır. Nə deyirik, deyirlər rəy olmalıdır, hər şey bu iki sənəddən asılıdır».

«KİMLƏRİNSƏ MƏSƏLƏNİ UZATMASINDAN...»

Əshabəli Mustafayev deyir ki, prezidentə, baş prokurora ünvanlayacaqları müraciətdə istintaqın gedişinin sürətlənməsi istəniləcək:

«Rasimin valideynləri kimlərinsə bu məsələni uzatmasından, ortalığın sakitləşməsindən istifadə edilib kimlərinsə məsuliyyətdən kənarda saxlanacağından narahatdırlar. Xüsusilə Cavid Hüseynovun ev dustaqlığına keçirilməsi məsələsinin qaldırılmasından narahatıq».

Jurnalist Rasim Əliyev avqustun 8-də döyülüb. Xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən bir gün sonra vəfat edib. Onun ölümü ilə bağlı cinayət işi açılıb.

Prezidentin bu işi nəzarətə götürməsindən sonra həbslər başlayıb. İşlə bağlı həbs olunan 5 nəfər Cinayət Məcəlləsinin 126-cı (ölümə səbəb olan xəsarətlərin yetirilməsi) ilə ittiham olunur. «Qəbələ» futbol klubunun keçmiş kapitanı Cavid Hüseynova qarşı isə cinayəti bilib xəbər verməməklə bağlı ittiham irəli sürülüb. Cavid Hüseynovun vəkili onun bu işdə əli olmadığını bildirir.

XS
SM
MD
LG