Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:10

Zəhra və Yusifə çatan yoxdu


Yeni doğulan körpələr
Yeni doğulan körpələr

-

Hər il Azərbaycanda on minlərlə uşaq doğulur. Ata-anaların öz körpələrinə verdiyi bu minlərlə ad əsasında ümumi cəmiyyətdəki əhvalı, ictimai şüurdakı dəyişikliklərigörmək olarmı?

Gözlə

No media source currently available

0:00 0:05:52 0:00
Direct-ə keçid

Ədliyyə Nazirliyi Azərbaycanda yeni doğulan uşaqlara ən çox qoyulan adların siyahısı açıqlayıb. Ən populyar oğlan adı Yusifdir, sonrakı yerlərdə Əli, Hüseyn,Murad, Məhəmməd gəlir. Qız adlarında ən populyar Zəhradır.

Politoloq Hikmət Hacızadənin fikrincə, bu adlar əsasında əsil sosioloji araşdırma aparmaq olar. İlk baxışdan gəlinən nəticə isə odur ki, islam, islam mədəniyyəti, mifologiyası ictimai şüura hakimdir.

Bir az da dərinə gedilsə, xatırlamaq olar ki, vaxt var idi, yeni doğulan uşaqlara Ərtoğrul kimi adlar verilirdi. Politoloq AzadlıqLive-a deyir ki, bu, pantürkizm meyillərini göstərird. Qızlara isə ən çox türk adları verilirdi, məsələn, Aytac. Bu isə türkçülüyün əlaməti idi.

Bir vaxtlar çox geniş yayılan türk adlrının yerinə indi dini adları görəndə, belə nəticəyə gəlmək olar ki, türkçülüyü islamçılıq vurub-çıxarır. Ancaq nə qədər çıxarıb? Demək olarmı ki, tam çıxarıb?

XS
SM
MD
LG