Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:24

Susuz Qala...


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

«Ailəm böyükdür. 8 nəfərik. 1-2 maşın su ilə gündəlik suya olan tələbatımızı ödəyə bilmirik. Qazancımın azı 200 manatı aylıq su tələbatımıza xərclənir. Su maşını qapımızdan əskik deyil».

Bunu «Qaynar xətt»ə Xəzər rayonu, «Qala stansiyası» adlanan yaşayış massivinin sakini İsmayıl Həsənov deyir.

400 AİLƏ SUSUZDUR

16 ildir burada yaşadığını bildirən sakin söyləyir ki, burada yaşayanlar onsuz da kifayət qədər sosial problemlərin içərisində itib-batıblar. Ancaq həlli tələb olunan ən vacib problem sudur:

«Burada azı 400 ailə yaşayır. Yolundan, işığından danışmıram. Heç yolumuz da yoxdur. Ancaq bu problemi birtəhər adlayırıq. Susuz qalmaqsa qeyri-mümkündür. İş orasındadır ətrafımızdakı ərazilərin hamısında demək olar ki, su var. Bircə bizik susuz yaşayan».

Qəsəbə sakini Mehriban Dadaşova deyir ki, 3 uşaq anasıdır. Həyat yoldaşı və özü işləmir deyə, su almağa maddi imkanları çatmır:

«Ona görə də məcburuq ki, yay-qış hər həftə pal-paltarımızı yığaq, gedək qonşu qəsəbələrdə yaşayan tanışların evində yuyub gələk. Təmizlik işləri görə bilmirik. Tualetə tökməyə bir vedrə su tapmırıq».

SUYUN QİYMƏTİNİ QALDIRIBLAR

Burada yaşayan ailələrə maşınla su almaq sərf etmir. Səbəb odur ki, əvvəlki illərə nisbətən su satanlar da suyun qiyməti qaldırıblar.

«Aldığımız suyun da mənbəyi bilinmir. Bulanıq suya xeyli pul xərcləyirik. Sonra da özümüz kustar yollarla həmin suyu durulduruq, yeməyə, çaya istifadə edirik. Böyrəklərimiz sıradan çıxıb».

Sakinlər uzun illərdir susuzluğun aradan qaldırılacağı ilə bağlı eşitdikləri vədlərə daha inanmadıqlarını deyirlər:

«21-ci əsrdə tualetə tökməyə su tapmırıq, inkişafdan dəm vururuq. Şəhərin mərkəzi ilə aramızda cəmi 50 kilometr məsafə var. Bu qədər insanı neçə illərdir boş vədlərlə aldadırlar. İcra başçısına, bələdiyyəyə, su idarəsinə gedib-gəlməkdən öz üzümüzün suyu gedib. Yalançı vədlər verib yola salırlar».

Xəzər rayon İcra Hakimiyyətindən bildirilib ki, 2 ildir Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərləri layihəsinə uyğun işlər davam edir. Kənd və qəsəbələrə su çəkilir. Ancaq bu işlər mərhələləri həyata keçirilir. Hazırda Qala kəndinin su təchizatı ilə bağlı müvafiq işlər də görülüb. Yaxın vaxtlarda Qalada su problemi olmayacaq.

XS
SM
MD
LG