Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:02

Evi yananlara albom veriləcək ki, müqayisə etsinlər


Abid Şərifov
Abid Şərifov

-

«Sakinlərə evlərində aparılan təmir işləri ilə tanış olmaq üçün vaxt ayrılmasına ehtiyac yoxdur».

Bunu baş nazirin birinci müavini Abid Şərifov deyib. O, avqustun 8-də Bakının Azadlıq prospektində üç ay öncə yanan 16-mərtəbəli binaya baş çəkib.

«Düzdür, hərənin zövqü ayrıdır. Amma onlara təmir üçün icazə verilsə, işçiləri işləməyə qoymazlar»- o bildirib.

A.Şərifov deyib ki, istər xarici, istərsə də daxili təmir işləri yüksək keyfiyyətlə aparılır. Binanın təmirində 400 nəfər işçi 24 saat çalışır. Artıq üçüncü mərtəbədə iki mənzil tam hazırdır.

O, binanın sentyabradək tam hazır olacağına əminliyini bildirib: «On gündən bir gəlirik, birlikdə nəzarət edirik. Mən inanmıram ki, işlər sentyabr ayına kimi yekunlaşmasın. Tam əminəm ki, gələn aya qədər hazır olacaq».

A.Şərifov, həmçinin qeyd edib ki, təmirə başlamamışdan əvvəl hər bir mənzilin şəkili çəkilib. Vətəndaşların, ev sahiblərinin iştirakı ilə baxılıb, aktlaşdırılıb. Təmir bitdikdən sonra bina sakinlərinə mənzillərinin təmirdən əvvəlki və sonrakı vəziyyətini müqayisə etmək üçün albom veriləcək.

Bu il mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada yanğın olub. Hadisə nəticəsində 15 nəfər ölüb. Yanğına ilkin səbəb kimi binanın üzərinə çəkilmiş penoplast üzlüklər göstərilir. Yanan material olan üzlük bir anda alovlanıb və bütün binanı yanğın bürüyüb.

XS
SM
MD
LG