Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:00

İcra başçısının oğlunun cəzası yüngülləşdi


İlham Əsgərli
İlham Əsgərli

-

İyulun 2-də Bakı Apellyasiya Məhkəməsində Səbail rayon icra başçısı Asif Əsgərlinin oğlu İlham Əsgərlinin və onunla bərabər həbs edilmiş yük maşını sürücüsü Əhliman Süleymanovun şikayətinə baxılıb.

17 yaşlı İlham Əsgərlinin həbs cəzası 1 il azaldılıb və 3 illik məntəqə tipli cəza ilə əvəzlənib.

Sürücü Əhliman Süleymanovun cəzası isə qüvvəsində qalıb.

Ötən il sentyabrın 27-də İlham Əsgərlinin idarə etdiyi «Mercedes S500» markalı avtomobil Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi «Howo» markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, keçmiş sinif yoldaşı Sənan Mirzəyev isə ölüb.

Məhkəmə İlham Əsgərlini 5 il 6 ay azadlıqdan məhrum edib. Əhliman Süleymanova 6 il cəza kəsilib.

İbtidai istintaq zamanı ekspertiza rəylərində qəzaya İlham Əsgərlinin «Mercedes»i yüksək sürətlə idarə etməsinin səbəb olduğu göstərilib. Ancaq təkrar ekspertizada qəzanın Əhliman Süleymanovun sürdüyü «Howo» markalı yük maşınının yolda manevr etməsindən törədildiyi müəyyənləşib.

Sürücünün vəkili İlqar Musayev bildirib ki, məhkəmə prosesi ədalətsiz keçib, məhkəmə məmur övladının törətdiyi cinayətə görə bir kasıb sürücüyə onun özündən daha çox cəza təyin edib.

XS
SM
MD
LG