Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:10

Nizami Piriyev həbsdən azad edilib


Nizami Piriyev
Nizami Piriyev

-

Mayın 28-də Bakının Nərimanov rayon Məhkəməsi işadamı Nizami Piriyev barəsində həbs-qətimkan tədbirini dəyişib.

Məhkəmə ölkəni tərk etməmək haqqında iltizam alaraq, onu həbsdən azad edib. Bu barədə Turan-a vəkil Kamandar Nəsibov bildirib.

Vəkil bir daha qeyd edib ki, Piriyev ittihamları qəbul etmir:

«Beynəlxalq Bankdan metanol zavodunun tikintisi üçün alınmış kreditdən təyinatı üzrə istifadə olunub, ödəmə müddəti isə bitməyib. Müəssisə işlədikcə, kreditin qalan hissəsi də ödəniləcək».

Vəkil kredit məbləğini açıqlamayıb.

«AzMeCo» şirkətinin sahibi Nizami Piriyev mayın 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs olunmuşdu. O, külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir.

XS
SM
MD
LG