Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:51

Sabahlarsa heç vaxt bitmirdi…


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

Rafiq Əhməd

***

Hər dəfə
külək yellədən pərdənin karniz səsini dinləyərkən
zaman 45 dəqiqə arxaya gedir…
Hər qürubda,
hər zühurda,
səmada uçuşan hər quş səsində,
həzz aldığımız həyatın hər nəsnəsində
1 gün,
1 həftə,
1 ay daha geriyə fırlanır vaxt.

Niyə qocalırıq bəs?
Bəlkə qocalıq
qocalardan bizә keçən yoluxucu xəstəlikdir,
biz bilmirik?!

Zamanın nəbzi

Biz zamanı yaradıb,
onu divarlarımızda çarmıxa çәkirdik,
belә qisas alırdı Adәm oğlu
o gözәgörünmәz cәlladdan.

Biz mümkün qәdәr bizi öldürәn
zaman dediyimiz o amansızı parçalamağa çalışırdıq;
dәqiqәni saniyәlәrә,
saniyәni xırda anlara bölürdük -
çün yalnız bir insana bәlliydi ayrılığın acısı.

Әslindә isә
biz hәmişә eyni il,
eyni gün vә eyni andaydıq,
sadәcә,
darıxmayaq deyә biz sabahları fikirlәşib,
bәtnindә daşıdığı körpәyә ümid adını vermişdik,
sabahlarsa heç vaxt bitmirdi…

Biz tutduğumuz yerdәn vurub şaqqalamaq üçün
hәmişә zamanın nәbzini axtara-axtara qaldıq.

XS
SM
MD
LG