Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:26

Sələfi lideri Al Baghdadi-ni «Mossadın oyuncağı» hesab edir


Al-Baghdadi
Al-Baghdadi

-

Tacikistanda sələfi lideri «İslam Dövləti» (İD) silahlı qruplaşmasını kəskin tənqid edən məqalə ilə çıxış edib. Məqalədə «İraq və Şam İslam Dövləti» («İŞİD») «şeytan evi», onun lideri isə İsrailin kəşfiyyat idarəsi olan Mosssad-ın «oyuncağı» adlandırılıb.

Tacikistanda Molla Muhammadi adı ilə tanınan Muhammad Rakhmullato Düşənbədə fəaliyyət göstərən, lakin rəsmi qeydiyyatdan keçməmiş Sələfiyyə dini qrupunun rəhbəridir. Pakistan mədrəsəsində təhsil alıb. Onun imzası ilə «Farazh» qəzetinin vebsaytında çıxmış yazı belə adlanır: «Mücahid olmağın qiyməti 70 min dollardır».

Rakhmullato yazısında deyir ki, İD təşkilatı Məhəmməd peyğəmbərin yolundan sapmış xəvaric hərəkatıdır. Tacikistanlı sələfi lideri terrorçu qruplar adlandırdığı «İslam Dövləti», Suriyadakı Jabhat al-Nusra, Özbəkistan İslam Hərəkatı və Jamaat Ansarullah qruplaşmalarına qoşulan gənc taciklərin artıq müsəlman olmadıqlarını bildirir. O, İD qruplaşmasına qoşulan hər bir döyüşçüyə görə İsrailin on minlərlə dollar ödədiyini iddia edir.

Rakhmullato İD lideri Abu Bakr Al-Baghdadi-ni də sərt tənqid edir. «Özünü Əmir əl-Möminin elan etmiş Baghdadi əslində İsrailin məhsulu və bu ölkənin xüsusi xidmət orqanı olan Mossad-ın oyuncağıdır».

Müəllif yazır ki, bu "insan alverçilərinin və alçaq qatillərin" şəbəkəsinə düşmüş savadsız müsəlmanlar həmin "xain və ekstremistlərin iyrənc" planlarından xəbərsizdirlər.

SURİYADAKI TACİKLƏR

AzadliqRadiosu tacik xidmətinin istinad etdiyi rəsmi rəqəmlərə görə, hazırda Suriyada 300-dək tacik döyüşür. Təkcə ötən həftə İraqın Kərkük şəhərində İslam Dövləti qruplaşmasının tərkibində döyüşən 4 tacikin öldürüldüyü xəbər verilir.

Onlardan biri Tacikistanın cənub-qərbindəki Xatlon rayonundan olan, qaydasız döyüş növü üzrə üçqat Tacikistan çempionu Alan Chikranovdur.

Ötən ilin dekabrında Tacikistan prokurorluğu Suriyadakı islamçı qruplara qoşulmağa hazırlaşan 46 gənci həbs edib. Yaşları 20 ilə 30 arası olan gənclər xarici ölkələrdə silahlı münaqişələrdə iştirak məqsədilə cinayətkar qruplaşma yaratmaqda təqsirli biliniblər.

XS
SM
MD
LG