Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:08

Novruz ərəfəsi Azərbaycandan İrana gedənlərin sayı ona görə artır ki...


Astara bazarında hətta göyərti İrandandır
Astara bazarında hətta göyərti İrandandır

-

Hər il Novruz bayramı ərəfəsində İrana gedən azərbaycanlıların sayı artır. Bu dəfə də Astara Gömrük İdarəsinin keçid qapısında böyük növbənin şahidi olduq.

Nəzarətçinin verdiyi məlumta görə, hər gün İrana minə yaxın Azərbaycan vətəndaşı keçir. Bunların arasında İrana bazarlıq etmək üçün gedənlər daha çoxdur.Bazarlığa gedənlərisə əsasən yerli sakinlərdir. Astara şəhər sakini Zabir Ağayev deyir ki,Azərbaycana nisbətən İranda istehlak malları, dərmanlar, tikinti materialları bir neçə dəfə ucuzdur:

- İranda 10 kiloqram kartof 2 manatadır, buzda isə 7 manata başa gəlir. - deyir.

- İnsanlar daha ucuz ərzaq almaq üçün İrana gedirlər. İranda 10 kiloqram kartof 2 manatadır, bizdə isə 7 manat. Yağın qiymətində də fərq böyükdür. Hər bir şeydə fərq var. İrandan alınan mal ilə, burda alınan malların qiymətləri arasında 25-30 faiz fərq olur. Ona görə də hamı can atır getsin, bir qədər ucuz ərzaq alsın. Gedəndə də gömrükdə imkan vermirlər gətirməyə.

Qiymət fərqləri yerli bazarların işinə də təsir edir. Piştaxtalarda məhz İranda istehsal olunmuş mallar daha çox gözə dəyir. Kartof, pomidor, xiyar, banan, kişmiş və digər məhsullar İrandan gətirilib.

Astara
Astara

Bir satıcının sözlərinə görə, İranda pomidorun, xiyarın 1 kiloqramı 40-50 qəpiyədir. Deyir:

- Bananın 1 kilosu İranda bir manatdan da aşağıdır. Bizdə isə 1 manat 40 qəpiyədir.

Hətta göyərtini də İrandan gətirirlər.

- İran da Azərbaycan kimi neft və qaz istehsal edən ölkədir. Həmişə tənqidlə yanşdığımız qonşu İranda istehlak malları ucuzdur, üstəlik qazancları da yüksəkdir. Müəllimlər 500-1000 dollar əməkhaqqı alırlar, təqaüdə çıxanda isə onlara birdəfəlik yardımlar edilir. Arabir əhaliyə neft pulu da verilir. - deyə Astara şəhər sakini ,mədəniyyət işçisi Vaqif Əhmədoğlu AzadliqRadiosuna gileylənir. Onun fikrincəAzərbaycanda qeyri neft sektoru inkişaf etməyib:

- İran da neft ölkəsidir, Azərbaycan da. Azərbaycanda qeyri neft sektorları inkişaf elmədiyi üçün vəziyyət belədir. Amma İran həm də kənd təsərrüfatı ölkəsidir. Gözlərimizlə görürük ki, İranda bütün torpaq sahələri əkilir. Tonnlarla kartof, tərəvəz məhsulları Azərabyacana daşınır. Ona görə onlarda daha yaxşı inkişaf var, nəinki bizdə.

Kiçik bizneslə məşqul olan Astara şəhər sakini Asən Həşimli İranda da kifayət qədər problemlərin olduğunu deyir. Lakin o qeyd edir ki, İranda azad bazar münasibətləri Azərbaycana nisbətən çox inkişaf edib və fikrini belə əsaslandırır:

- İranda neft və qazdan əlavə aqrar sahəyə xüsusi fikir verirlər. Qonşu ölkələr onların istehsal etdikləri məhsullardan istifadə edirlər. Azərbaycanda ölkə büdcəsinin 90 faizə qədəri neft və neft məsullarından gələn gəlirin hesabına formalaşdığı üçün, burada aqrar sektora ögey münasibət var.

Vidadi Mirzəyev
Vidadi Mirzəyev

İqtisadçı Vidadi Mirzəyev də İranda özəl sektora daha çox diqqət ayrıldığını deyir və Azərbaycandan fərqli olaraq orada monopoliyaların olmadığını bildirir. O, iki ölkədə qiymətlər arasındakı fərqlərə misallar gətirir:

- İran Astarasında ən yaxşı kafelin 1 kvadratı bizim pulla 3 manat 50 qəpiyədir. Azərbaycan Astarasında isə 12 manatadır. İran Astarsı ilə Azərbaycan Astarsı arasında 200-300 metr məsafə var. Deyək ki, kafelin hər kvadratına 3 manat rüsum haqqı verilib. Olsun 7-8 manat.

Dərmanlarda olan qiymət fərqindən adam dəhşətə gəlir. Bizdə dərmanlar 10-15 dəfə bahdır. Qiymətlərdə olan böyük fərq onu göstərir ki,iqtisadiyytda və gömrük siyasətində ciddi problemlər var.Qapıları açmaq lazımdır ki,insanlar rahatlıqla alış-veriş etsinlər.

İqtisadçının dediyinə görə, bundan ən çox ziyan çəkən Azərbaycan əhalisidir. Deyir ki, belə maneələr səbəbindən Azərbaycanda orta təbəqə əmələ gəlmir:

- İranda orta təbəqə var. Bizdə yoxdur. İranda siyasi sərbəstlik olmasa da biznes sahəsində mövcuddur. Hər bir İran vətəndaşı faizsiz olaraq bankdan pul götürüb biznesini qura bilir. Digər tərəfdən Azərbaycanda olan monopolya inkişafa imkan vermir. Oliqarx məmurlar bütün sahələri öz aralarında bölüblər. Belə vəziyyətdə tikilən sənaye obyektləri, zavodlar heç vaxt effekt verməz. Bizim iqtisadiyyat liberal iqtisadiyat yox, monopolist iqtisadiyyatdır.

İqtisadçı əlavə edir ki,sanksiyalardan sonra İran realı xeyli ucuzlaşıb.Lakin İranda əhalinin alıcılıq qabiliyyəti yüksək olaraq qalır.

İran Astarsında 1 amerika dolları 38 min realadır. Azərbaycanın manatı isə 41 min reala qalxıb.​

XS
SM
MD
LG