Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:41

Xədicə İsmayıl karserə salınıb, kamerasında yoxlama aparılıb


Xədicə məhkəməyə gətirilərkən yaxınlarına Azadliq işarəsi göstərir
Xədicə məhkəməyə gətirilərkən yaxınlarına Azadliq işarəsi göstərir

-
Həbsdə olan jurnalist Xədicə İsmayıl bir günlük karserə salınıb, onun kamerasında isə yoxlama aparılıb. Bu haqda AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib. Vəkilin sözlərinə görə, həbsxana əməkdaşları jurnalistin cəzalandırılmasını onun məqaləsinin mətbuatda yayılması ilə izah edirlər.

Yalçın İmnaov hadisənin ötən həftənin sonunda baş verdiyini deyir.

“Sadəcə, o vaxtdan görüşə bilməmişik deyə, indi xəbər tutmuşuq. Mətbuatda yayılan məqaləsinə görə bir günlük cəzalandırılıb. Xədicə deyir ki, karser elə də dəhşətli yer deyil. Orada olduğu müddətdə bir kitabı oxuyub bitirib. Deyir ki, kameradan fərqli olaraq, karserdəki pəncərənin qarşısında ağac var. Bu təbiət mənzərəsini görməkdə yardımçı olduqlarına görə təcridxana rəhbərliyinə təşəkkür edir. Karserdən buraxılandan bir gün sonra isə kamerasında axtarış aparılıb. Bütün qeydlərini götürüblər"

Yalçın İmanov deyir ki, hazırda da jurnalistin vəkilləri ilə görüşü ciddi nəzarət altında həyata keçirilir.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin «özünü öldürmə həddinə çatdırma» ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini sifariş sayır. AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicənin həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Jurnalist prezident ailəsinin biznesi haqda araşdırmaların müəllifidir.

Xatırladırıq ki, həbsindən bir neçə gün sonra da mətbuatda yeni il təbriki dərc olunduğuna görə, Xədicə İsmayıla xəbərdarlıq olunmuşdu.

XS
SM
MD
LG