Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:22

İlqar Məmmədov və Tofiq Yaqublu Avropa və Azərbaycan ədalətinin arasında


İlqar Məmmədovla Tofiq Yaqublunun məhkəməsi təxirə salınıb
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

İlqar Məmmədovla Tofiq Yaqublunun məhkəməsi təxirə salınıb

-

İsmayıllı hadisələrinə görə azadlıqdan məhrum edilən Ilqar Məmmədov və Tofiq Yqaublunun məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı. İlqar Məmmədovun vəkili Fuad Ağayev məhkəmədən sonra AzadliqRadiosuna deyir:

“Məhkəmədə aşağı instansiya məhkmələrinin qərarlarının ləğvini, iş üzrə icraata bəraətverici əsaslara xitam verilməsini tələb etdik. Eyni zamanda Avropa Şurası Nazirlər Komitəsinin İlqar Məmmədovun təxirəsalınmadan azad edilməsinə dair 4 dekabr qərarını da diqqətə çatdırdıq. ”

Tofiq Yaqublunun vəkili Nemət Kərimlinin sözlərinə görə, hakimlər dedilər ki, məruzəçi hakimin işi dərindən öyrənməsi üçün vaxt lazımdır. Gətirilən səbəbi absurd adlandıran vəkil hesab edir ki, baş verənlər prosesin siyasi mahiyyətindən doğur, lakin konkret səbəb deməyə çətinlik çəkir:

“Bəlkə siyasi dairlər onların cəzasını azaltmaq istəyir, bəlkə də başqa cəza ilə əvəz etmək istəyir?! Və ya ilk dəfə olaraq obyektiv qərar verib cinayət işinə xitam vermək istəyirlər?! Hər bir halda qaçhaqaçla məhkəmənin keçirilməsi siyasi proseslərlə bağlıdır”.

Nemət Kərimli bildirir ki, hüquqi baxımdan hər iki müvəkkilin işinə xitam verilməlidir. O məhkəmənin nəticəsi ilə bağlı o qədər də nikbin deyil.

“Azərbaycan reallığı isə başqadır. Onların azad ediləcəyi mənə o qədər də real görünmür”.

Avropa məhkəməsi, İsmayıllı məhbusları və Azərbaycan hakimləri
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00
Direct-ə keçid

İlqar Məmmədov və Tofiq Yaqublu, özləri məhkəmədə iştirak etməyiblər.

Onlar 2013-cü ilin yanvarında İsmayıllıdakı hadisələrə görə həbs olunmuşdular. Cinayət Məcəlləsinin ictimai qaydanın pozulması və zor tətbiq edilməsi ilə bağlı maddələr əsasında ittiham olunurdular. Şəki məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu isə 5 il azadlıqdan mərhum edildilər.

Avropa İnsan Haqları Məhkəməsi 2014-cü ilin mayında REAL sədri İlqar Məmmədovun azadlıq hüququnun, təqsirsizlik prezumpsiyasının və hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədlərinin pozulmasını tanıyıb.

Məhkəmənin qərarına əsasən, İlqar Məmmədov azad olunmalı, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə ona 22 min avro təzminat ödəməlidir.

Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Avropa insan haqları məhkəməsinin qərarına hörmətlə yanaşır.

“Azərbaycan Avropa İnsan Haqları məhkəməsinin üzvüdür. Məhbuslarla bağlı bütün məsələlər öz həllini orada tapa bilər. Biz Avropanın İnsan Haqları Məhkəmsinin qərarlarına hörmət edirik”. - İlham Əliyev bu sözləri Azərbaycanda insan haqlarının pozulması ilə bağlı ittihamlara cavab kimi deyib.

Lakin təcrübə göstərir ki, Azərbaycan hakimiyyətinin bəyanatları ilə reallıq heç də həmişə üst-üstə düşmür. Məsəslən, Avropa İnsan haqları məhkəməsinin Eynulla Fətaullayev haqda oxşar qərarından sonra ona yeni, narkotik ittihamı irəli sürərərk həbsdə saxlamağa davam etdi.

İlqar Məmmədovla bağlı necə olacaq? Bu suala qeyri-müəyyən müddətə təxirə salınan məhkəmə cavab verəcək.

XS
SM
MD
LG