Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:26

Arxivlər açıldı: Sartre-ın “Nobel”dən imtinasının detalları


Jean-Paul Sartre, http://books.atheism.ru
Jean-Paul Sartre, http://books.atheism.ru

-

Böyük fransız mütəfəkkiri və yazıçısı Jean-Paul Sartre öz xoşuyla Nobel Mükafatından imtina etmiş yeganə şəxsdir.

(Rus yazarı Pasternak da imtina edib, amma sovet hökumətinin təzyiqlərindən sonra)

Amma əvvəlcədən “Nobel”dən imtina haqda məktub yazsa da, İsveç Akademiyası məhz onu mükafatın qalibi elan etmişdi.

Bu günlərdə açıqlanan 1964-cü ilə aid arxiv sənədləri məsələyə aydınlıq gətirir (“Nobel”lə bağlı sənədlər yalnız 50 il sonra açıqlanır).

Məlum olub ki, Münsiflər Heyəti Sartre-ın məktubunu gec alıb. Yazıçı məktubu İsveç Akademiyasına oktyabrın 14-də göndərib. Münsiflər isə artıq sentyabrın 17-də qısa siyahıdakı yazarlar arasından məhz onu seçmişdilər.

Məktub tez göndərilsəydi, başqa bir yazıçı da qalib elan edilə bilərdi.

Fransa mətbuatında adının “Nobel” almağa ən şanslılar arasında hallandırılmasından sonra Sartre İsveç Akademiyasına göndərdiyi məktubda xahiş etmişdi ki, “nə 1964-cü ildə, nə də gələcəkdə mükafatın qalibi olmaq istəməzdi, çünki belə bir mükafatı qəbul edə bilməz”.

Nobel Mükafatının medalı
Nobel Mükafatının medalı

Həmin il namizədlər arasında rus yazıçısı Mikhail Sholokhov (növbəti il mükafatı o alacaqdı) və Britaniya şairi WH Auden də vardı.

Sartre sonradan mükafatdan imtinasının səbəbini açıqlamışdı. Demişdi ki, müstəqil yazar olaraq adının heç bir təsisatla assosiasiya olunmasını istəmir.O, Fransanın Fəxri Legion ordenindən də imtina etmişdi.

Amma yazıçı sonralar demişdi ki, “Nobel”in üstündə verilən pul mükafatından (o zaman həmin məbləğ 250,000 Kr idi) imtinası ona uzun müddət “əzab verib”. Çünki həmin pulla insan mühüm saydığı təşkilatlara dəstək verə bilər. Məsələn, o, Londonda yerləşən və Aparteid əleyhinə mübarizə aparan təşkilatı belə mühüm sayırdı.

Amma Sartre onu da demişdi ki, əslində bu, peşmançılıq deyil, çünki o, düzgün hərəkət edib və öz prinsiplərinə xəyanət etməyib.

"Guardian"a istinadla OxuZalı

XS
SM
MD
LG