Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:03

«Rusiyanı dondurmaq lazımdır ki, iy verməsin»


Viktor Yerofeyev
Viktor Yerofeyev

-

“Rusiyanın ən böyük problemi rusların köhnələn, 17-ci əsrdən bəri dəyişməyən mentalitetidir”.

Tanınmış rus yazıçısı Viktor Yerofeyev bunu “Newsweek”ə müsahibəsində deyib.

Dərgi yazır ki, Yerofeyev rusların daim fövqəldövlət statusuna can atması, keçmişlə yaşamaları, xarici bazarlara yalnız vodka çıxara bilmələri ilə məzələnir.

“Mən Rusiyanı olduğu kimi təsvir edirəm. Mənim su içdiyim quyuya tüpürdüyümü deyənlər isə anlamırlar ki, mən bu yolla Rusiyanı müalicə etməyə çalışıram ” – deyib yazıçı.

Yerofeyev düşünür ki, Rusiyada vəziyyəti düzəltmək üçün çox iş görmək lazımdır: “Ən yaxşısı isə o odur ki, iy verməsin deyə Rusiyanı dondurasan”.

“Bəs Rusiyada ən çox iy verən nədir” – sualının cavabında isə yazıçı deyib ki, “bu, rusların mentalitetidir”: “Qərb təkrar-təkrar deyə bilər ki, Rusiyanı öz işğalı altında hakimiyyətdəkilər saxlayır. Amma əslində, ölkəni işğal edən elə rus xalqıdır – öz mentaliteti ilə”.

Dərgi yazır ki, hazırda Yerofeyevin romanı əsasında Polşanın Lodz şəhərindəki “Yeni teatr” tamaşa hazırlayıb.

Putinin karikaturası
Putinin karikaturası

Səhnədə Rusiya prezidentinin böyük bir portreti yer alır.

Düzdü, tamaşa ərzində onun adı bir dəfə də çəkilmir, amma dialoqlarda “Başbilən” deyəndə söhbətin kimdən getdiyini tamaşaçılar asanlıqla anlayırlar.

Köhnənin dissidenti olsa da, hazırkı hakimiyyətlə problemləri olsa da, Yerofeyev mühacirətə getməyib. Deyir ki, ölkəni uzaqdan anlamaq mümkün deyil. Əgər o, Rusiya haqda yazırsa, müşahidələrini də orada aparmalıdır.

O ki qaldı tamaşaya, söhbət «Акимуды» romanından gedir.

Romanda “Akimudı” Rusiyanın müharibə apardığı bir ölkədir. Müharibə zamanı Rusiya Soçi şəhərini bombalayıb bunu düşmənin boynuna atır. Bundan sonra Moskvaya qəfildən ölülər ordusu hücum edir. Onlar yerin altından çıxırlar. Hava həyəcanı isə moskvalıları çaşdırır. Onlar gizlənmək üçün metrolara axışırlar. Yəni düz ölülərin “ağzının içinə”...

Ölülər paytaxtı ələ keçirir, televiziyaları nəzarətə alır, ictimai rəyi istədikləri səmtə yönəldir, siyasi partiyalar qururlar. Ölkənin qalan hissəsinə dərs keçirlər. “Başbilən” isə özünü elə aparır ki, sanki heç nə baş vermir. Sanki ölkəni ölülər idarə etmir...

XS
SM
MD
LG